İnkişaf prosesi nəticəsində heyvanlarda sümüklərin iki tip birləşməsi formalaşmışdır: kəsilən və kəsilməyən birləşmə. Kəsilən birləşmədə birləşən sümüklərin arasında boşluq (oynaq hissəsi) olur. Kəsilməyən birləşmədə sümüklərin birləşməsi müxtəlif növ toxumaların (birləşdirici, qığırdaq və sümük) köməyi ilə baş verir. Skeletin bəzi sümükləri əzələ toxuması hesabına birləşir ki, bu da sümüklərin müəyyən dərəcədə hərəkətli birləşməsini təmin edir. Məsələn: döş ətrafları bədənlə, qabırğalar öz aralarında qabırğalararası əzələlərin hesabına birləşir.