Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 6,1 Mb.
səhifə19/52
tarix10.01.2022
ölçüsü6,1 Mb.
#106310
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

1.2.10 Oynaq və onun əsas elementləri


Oynaq sümüklərin oynaq qığırdağı ilə örtülmüş və oynaq kapsulu ilə birləşmiş oynaq üclarından əmələ gəlir. Oynağın daxilində sinovial maye ilə dolu boşluq var. Oynaqların çoxunda əlavə bağlar olur. Oynağın bir sümüyündə başcıq olanda digərində uyğun çuxur olur.



Oyağın quruluşu-elementləri





  1. kapsulun fibrioz təbəqəsi

  2. kapsulun sinovial təbəqəsi

  3. oynaq boşluğu

  4. sümüklərin qığırdaqla örtülmüş oynaq səthi

  5. sümük

  6. menisk

  7. sümüküstlüyü


1.3 Əzələlər


Skelet əzələləri heyvanların hərəkət aparatının aktiv hissəsidir. Dinamiki sümük əzələləri hərəkəti icra edir, statistik sümük əzələləri isə heyvanın forma və pozasını saxlayan müəyyən vəziyyətdə skeleti möhkəmləndirir. Skelet əzələsi- sərbəst hərəkət orqanıdır.

O əzələli qarıncıq və vətərlərdən ibarətdir. Əzələli qarıncıq yığışaraq iş icra edir, vətərlər isə əzələləri sümüyə birləşdirir və köməyi ilə funksiyasını yerinə yetirir.

Əzələli qarıncıq parenximalardan (eninəzolaqlı əzələ lifləri) və birləşdirici qılçıqlardan ibarətdir. Birləşdirici qılçıqlardan qan damarları və sinirlər keçir. Birləşdirici qılçıqlar əzələ liflərini bir-birindən ayırır və birləşdirir. Xarici və daxili qılçıqlar olur.

Əzələ vətərləri sümük toxumasına daxil olaraq əzələlərin sümük üzrinə möhkəm bərkiməsini təmin edən kollagen liflərdən ibarətdir.

Yerləşməsindən asılı olaraq əzələlər müxtəlif formalarda olur. Əzələlər lövhəşəkilli və qalın olur. Lövhəşəkilli əzələlər qarıncıq və vətərlər kimi hamar olur. Əzələ lifləri toplusundan ibarət olur.

Lövhəşəkilli əzələlər üçbucaqşəkilli, rombşəkilli, trapesiyaşəkilli, dişli, lentşəkilli olur.

Qalın əzələlər oxvari, armudu və konusşəkilli formalarda olur. Onların müəyyən qismi uzun və qısa olur. Bu tipli əzələlər ətraflarda olur.

Əzələlər bir sıra sümüklərə birləşə bilər. Əzələlər bir vətərli, bir neçə əzələ qarıncıqlı (iki başlı, üç başlı, dörd başlı) olur. Təbii nahiyyələrin ətrafında dairəvi əzələ qarıncığı olur.



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin