Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 6,1 Mb.
səhifə20/52
tarix10.01.2022
ölçüsü6,1 Mb.
#106310
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

1.3.1 Əzələlərin fəaliyyəti


Əzələlərin əsas fəaliyyəti aşağıdakılardır:

  • açıcı

  • bükücü

  • aparan

  • qaytaran

  • fırlayan

  • sıxan (sfinkter)

  • genişləndirən

  • qaldıran

  • endirən


1.3.2 Əzələlərin növləri


Heyvan gövdəsinin əzələləri üç hissəyə bölünür: bədən, baş və ətrafların əzələləri.

Bədən əzələləri onurğa sütununu açıb yığmaqla başın, boyunun hərəkətini idarə edir, döş və qarın nahiyyəsini formalaşdırır.

Onurğa sütununu açan əzələlər fəqərələrin üzərində yerləşir:


  • üzün kürək, boyun və baş əzələsi;

  • plastır formalı əzələ;

  • canaq sümüyünün üst hissəsi və qabırğanı birləşdirən oxlu və yarım oxlu kürək, boyun və baş əzələsi;

  • qrup şəkilli və çoxhissəli qısa əzələlər;

  • açılan atlant və peysər oynaqları əzələsi.

Onurğa sütununu yığan əzələlər boyun və bel fəqərələrinin alt hissəsində yerləşir: buna baş və boyunun uzun əzələləri, kvadrat formalı, böyük və kiçik bel əzələləri aiddir.

Döş nahiyyəsi (divarı) əzələləri nəfəsalma və nəfəsvermə əzələlərinə bölünür. Onlar yığılan zaman döş qəfəsinin həcmi dəyişir. Nəfəsalma əzələlərinə xarici qabırğalararası, yuxarı dişli nəfəsalma, pilləli, düz döş, qarın və döş nahiyyələrini bir-birindən ayıran qabırğa və diafraqmanı qaldıran əzələlər aiddir. Qarın nahiyyəsinin əzələləri özündə dörd cüt əzələ birləşdirir:



  • xarici və daxili çəp qarın əzələsi

  • düz və köndələn qarın əzələsi

Qarın nahiyyəsi əzələlərinin hər biri qarşılıqlı kəsişən liflərlə qarın nahiyyəsinin möhkəmliyini təmin edir.

Qarın nahiyyəsi əzələləri nəfəsalmada, defekasiya, sidik ifrazı və doğuş proseslərində də iştirak edir.




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin