Qan dövranı sistemi orqanlarına ürək, qan damarları və qan aiddir. Ürək döş nahiyyəsinin aşağı yarısında, 3-6 qabırğa səviyyəsində yerləşir. Ürək ürəkətrafı kisəciyə yerləşmiş, yuxarı tərəfdən döş sümüyünə birləşmiş, aorta vasitəsilə onurğaya və arxa boş vena vasitəsilə diafraqma ilə birləşmişdir. Bu üç birləşmə vasitəsilə ürək müəyyən vəziyyətdə dayanır.
Şəkil X. Atın qan dövranı sistemi orqanları
1.4.3 Tənəffüs sistemi orqanlarının yerləşməsi
Tənəffüs orqanlarına burun, burun böşluğu, qırtlaq, traxeya və ağ ciyərlər aiddir.