Qan damarları qan dövranı sisteminin əsas komponentlərindən də biridir. Qan damarlarının aşağıdakı növləri var.
Qan damarlarının əsasən 3 növü fərqləndirilir: vena damarı, arteriya damarı və kapilyar damarlar
Vena damarı
Arteriya damarı
Kapilyar damarı
2.3.2 Kiçik qan dövranı (KQD)
Bütün daxili orqanlardan venoz qan sol və sağ boş venalar vasitəsilə sağ qulaqcığa daxil olur. Sağ qulaqcıqdan venoz qan hissələrlə sağ mədəciyə daxil olur və buradan isə ağ ciyər arteriyası ilə ağ ciyərə istiqamətlənərək ağ ciyər toxumasına karbon qazını verib, oksigenlə zənginləşir. Oksigenlə zənginləşmiş qan ağ ciyər venaları ilə sol qulaqcığa daxil olur.
Şəkil X. Kiçik qan dövranı
Qan dövranı sisteminin qanın sağ mədəcikdən ağ ciyərlərə və oradan sol qulaqcığa axması kiçik qan dövranı adlanır. Kiçik qan dövranının vəzifəsi karbon qazının uzaqlaşdırılması və oksigenlə zənginləşmədən ibarətdir.