Modul spesifikasiyası
Kənd təsərrüfatı ixtisasları üzrə baza modulları
Modul (təhsil sahəsi): Heyvanların anatomiyası və fiziologiyası
Modulun nömrəsi: 3.1.3.2.1.2.03
Dərs saatı (nəzərdə tutulan): İxtisas üzrə nəzəri dərslər: 20 saat
İxtisas üzrə praktiki dərslər: 20 saat
Məqsəd:
„Heyvanların anatomiyası və fiziologiyası“ modulunda heyvandarlıq sahəsi üzrə mühüm əsaslar və asılılıqlar aşılanır. Heyvanların saxlanma və yemləmə tədbirlərinin onların sağlamlığı və məhsuldarlığına təsirini anlamaq üçün heyvanların anatomiyası və fiziologiyası haqqında biliklərin öyrədilməsi zəruridir. Təhsilalan heyvanların orqanları və onların funksiyaları haqqında təsəvvürə malik olur və heyvanın sağlamlıq vəziyyəti, yemləmə tədbirləri və məhsuldarlıq səviyyəsini daha yaxşı anlaya bilir. Təhsilalan zooloji təsnifat haqqında anlayışa sahib olur və k/t heyvanları və zərərvericilərin xüsusiyyətlərini bilir.
Dostları ilə paylaş: |