3.1 Müxtəlif heyvan növlərində həzm orqanları
Həzm sistemi vasitəsilə orqanizm və ətraf mühit arasında maddələr mübadiləsi prosesi gedir. Həzm sistemi orqanları vasitəsilə orqanizmə bütün zəruri maddələr (zülallar, yağlar, karbohidratlar, mineral duzlar, vitaminlər) daxil olur və onların müəyyən hissəsi (mübadilə məhsulunun müəyyən hissəsi və həzməgetməyən qida məhsulu) ətraf mühitə ifraz olunur.
Həzm yolu əzələ lifləri və qişalı təbəqədən ibarət boş boruya bənzəyir. O, ağız boşluğundan başlayır və anus dəliyində qurtarır.
Həzm yolunun uzunluğu boyunca udulmuş qidanın qarışılması və orqanizm tərəfindən mənimsənilməsini təmin edən xüsusi şöbələri vardır: ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqlar, düz bağırsaq və anus.
Qoyunun mədəsi (açılmış şəkildə):
|
1. qida borusu
2. işkənbə
3. tor
4. kitabça
5. qursaq
6. onikibarmaq bağırsaq
7. novcuq (mədənin bir hissəsi
|
Dostları ilə paylaş: |