Udlaq tənəffüs və həzm yollarının kəsişdiyi boşluqlu orqandır. Udlağa yeddi yol (deşik) açılır: Ağız boşluğundan qidanın keçməsi yolu, burun boşluğundan gələn havanın keçməsi üçün sağ və sol xoanlar, havanın qırtlağa daxil olma yolu (qırtlaqüstü qapaqla örtülə bilən), qırtlaq girişindən üst nahiyyədə yerləşmiş qida borusu yolu, udlağı orta qulaq nahiyyəsi ilə əlaqələndirən səs borusunun sağ və sol dəliyi.
Udlaq divarı dörd əsas qatdan ibarətdir: selikli qişa təbəqəsi, facciya (bir neçə əzələni bürüyən pərdə), əzələ təbəqəsi, yumşaq birləşdirici toxuma.
Selikli qişa təbəqəsi iki hissəyə bölünür: yuxarı silindrşəkilli titrəyişli əpitellə örtülmüş tənəffüs hissəsi və aşağı yastı çoxqatlı buynuzlaşmış epitellərlə örtülmüş qida borusu hissəsi.