Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 6,1 Mb.
səhifə5/52
tarix10.01.2022
ölçüsü6,1 Mb.
#106310
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Giriş


Hörmətli oxucu!

Bu modul üzrə təlimlərdə kənd təsərrüfatı heyvanlarının anatomiyası və fiziologiyası, o cümlədən heyvanların orqanlarının strukturu, yerləşməsi və fəaliyyət təyinatı barədə müfəssəl məlumatlar veriləcək. Heyvanların bədən hissəsi və orqanlarını praktiki təlimlər zamanı tanımaq imkanınız olacaq.

Qan dövranı və tənəffüs sitemi üzrə təlimlərin məqsədi qanın tərkibi, qan dövranı, ürək və qan damarları, eləcə də tənəffüs orqanlarının quruluşu və tənəffüs prosesi barədə bilik və bacarıqlarınızın artırılması ilə yanaşı praktiki təlimlər vasitəsilə orqan və hüceyrələrin işini qiymətləndirmək vərdişlərini də əldə etmənizdir.

Həzm sistemi və həzm orqanlarının quruluşu, qida maddələri, bioloji aktiv maddələr haqqında təsəvvürünüzü artırmaqla qaramal, qoyun, quşlar və sair heyvanların həzm orqanları, qida maddələrinin parçalanması, maddələr mübadiləsi , qida maddələrinin heyvan orqanizmində həzm olunması proseslərini öyrənməklə yanaşı orqan və hüceyrələrin işi barədə praktiki bacarıqları da əldə edəcəksiniz.

Zooloji təsnifat sistemi üzrə təlimlərin məqsədi isə müasir dövrdə mövcud heyvan və quşların orqanizmində minilliklər boyunca baş vermiş dəyişikliklər və eyni zamanda mövcud heyvan tiplərinə xas olan bədən quruluşu, qidalanması, tənəffüsu, çoxalması barədə məlumatlılığınızın artırılmasıdır.

Əziz oxucu!

Bu modul üzrə təlim və praktiki tədbirlərdə aktiv iştirak etməklə müasir dövrdə iqtisadiyyatın əsas yerlərindən birini təşkil edən kənd təsərrüfatının heyvandarlıq və quşçuluq sahələri üzrə zəruri biliklər əldə edəcəksiniz. Əldə edəcəyiniz bilik və bacarıqlar sayəsində heyvandarlıq təsərrüfatlarıda aparıcı mütəxəssis işinin öhdəsindən layiqincə gələ biləcəksiniz.

Kənd təsərrüfatının heyvandarlıq sahəsi üzrə ixtisaslaşaraq fəaliyyət göstərməyi məqsəd kimi qarşınıza qoymusunuzsa, şans öz əlinizdədir.

Odur ki, modul təlimlərində aktiv olmağa çalışın!


Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin