Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 6,1 Mb.
səhifə6/52
tarix10.01.2022
ölçüsü6,1 Mb.
#106310
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

İxtisarlar


İBM

İri buynuzlu mal-qara

XBH

Xırda buynuzlu heyvanlar

KQD

Kiçik qan dövranı

BQD

Böyük qan dövranı

ML

Milli litr


Təlim nəticəsi 1 - Mühüm k/t heyvanlarının anatomiyası və fiziologiyası


Təlim nəticəsi olaraq heyvanların anatomiyası - orqanizmin ayrı-ayrı hissələrinin forması, quruluşu, qarşılıqlı əlaqəsi, yerləşmə yeri və fiziologiyası - canlı orqanizmdə gedən proseslər və onların qanunauyğunluqları barədə biliklər əldə olunacaq.

Heyvan orqanizminin orqanlar sisteminin təşkil olunduğu qan dövranı sistemi, həzm orqanları sistemi, tənəffüs orqanları sistemi, sinir sistemi, ifrazat orqanları sistemi, dayaq hərəkət orqanları sistemi, cinsiyyət orqanları sistemi barədə təlimlərdə əldə olunan bilik və bacarıqlar praktiki təlimlər vasitəsilə bir daha möhkəmləndiriləcəkdir.



Anatomiya - orqanizmin ayrı-ayrı hissələrinin formasını, quruluşunu, qarşılıqlı əlaqəsini, yerləşmə yerini öyrənən elmdir.

Fiziologiya isə canlı orqanizmdə gedən prosesləri və onların qanunauyğunluqlarını öyrənən elmdir. Bu elmlərin ümumi göstəriciləri əsasında məsələn: xəstə heyvanlara necə düzgün baytar köməyi etmək müəyyən olunur və s.

İstənilən heyvan orqanizmi kiçik hissəciklər olan hüceyrələrdən təşkil olunmuşdur. Müəyyən hüceyrə qrupları öz forma və quruluşlarını dəyişməklə xüsusi formada birləşərək bu və ya digər funksiyanı həyata keçirirlər. Bu qəbildən olan hüceyrələr adətən xüsusi keyfiyyətə malik olurlar və onları toxuma adlandırırlar. Orqanizmdə 4 tip toxumalar mövcud olur: epitel, birləşdirici, əzəl və sinir toxumaları.




Ayrı-ayrı toxuma qrupları öz aralarında birləşərək orqanları yaradırlar. Orqanizmin bir neçə toxuma birləşməsindən əmələ gələrək müəyyən bir funksiyanı yerinə yetirən, müəyyən xarici forması olan hissəsinə orqan deyilir. Məsələn: göz, böyrək, dil və s.

Eyni zamanda ayrı-ayrı orqanlar birlikdə də müəyyən bir funksiyanı yerinə yetirməklə sistem təşkil edirlər. Məsələn: sümüklər, əzələlər, vətərlər, bağlar, oynaqlar hərəkət aparatını əmələ gətirirlər.

Bu tipli orqanlar sisteminə heyvanların orqanizminin döş, qarın və çanaq hissələrində yerləşən həzmetmə, tənəffüs, ifrazat, cinsi orqanlar aid olunur.


Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin