Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 6,1 Mb.
səhifə30/52
tarix10.01.2022
ölçüsü6,1 Mb.
#106310
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

2.4 Ürək


Orqanizmdə qanın hərəkətini təmin edən əsas orqan ürəkdir. Ürək konusşəkilli formada olan boş əzələ orqanıdır. Ağ ciyərlərin arasında döş nahiyyəsində 3,5 və 6-cı qabırğaların səviyyəsində yerləşir. Uzununa arakəsmə ilə iki (sağ və sol) bir-biri ilə əlaqəsi olmayan hissələrə bölünür. Hər bir yarım hissə özü də iki hissəyə bölünür: qulaqcıq (yuxarı hissə) və mədəcik (aşağı hissə). Ürəyin qulaqcıq və mədəcikləri öz aralarında klapanlar vasitəsilə birləşirlər. Ürəyin klapanları qanı ancaq bir istiqamətdə buraxırlar. Onlar sağ mədəcdən ağ ciyər arteriyasına çıxışda və sol mədəcikdən aortaya çıxışda yerləşirlər. Ürəyin sağ yarımhissəsi ilə venoz qan, sol yarımhissəsi ilə oksigenlə zənginləşmiş arterial qan axır. Venoz qan arterial qanla qarışmır. Ürək daima ciddi ritmlə müəyyən ardıcıllıqla işləyir. Qan ürəkdən damarlara təkanlarla daxil olur. Hər ürək təkanı bir ürək dövrəsinə bərabərdir.

Ürək dövrəsi üç fazadan ibarətdir:



  • birinci faza qulaqcıqların yığılır ( hər iki qulaqcıq eyni zamanda yığılır, klapanların qapayıcısı aşağı düşür, boşalmış vəziyyətdə olan mədəciklərə qan daxil olur);

  • ikinci fazada mədəciklərin yığılır (qulaqcıqlar boşalmış vəziyyətdə, qan aortaya və ağ ciyər arteriyalarına itələnir);

  • üçüncü fazada ümumi pauza (qulaqcıq və mədəciklər boşalır, qulaqcıqlar venalarla sərbəst daşınan qanla dolur). Ürəyin bir dövrəsi 0,8 saniyə vaxt aparır, ürək dəqiqədə 60-70 dəfə yığılıb boşalır. Ürəyin yığılmalarını döş qəfəsi nahiyyəsində əl ilə hiss etmək olur.

Ürəkdə sinir düyunləri vardır. Həmin sinir düyünləri ürəyin impulsu nəticəsində oyanır və bu oyanma ürəyə ötürülərək fasilə baş verir.

Inək ürəyinin sxemi:




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin