10. İBM-nın ağ ciyərlərinin həyati həcmini təşkil edən tənəffüs, əlavə və ehtiyyat hava neçə litrə bərabərdir?
A) 30
C) 15
B) 20
D) 10
Təlim nəticəsi 3 - Həzm prosesi və həzm orqanlarının quruluşu, qida maddələri, bioloji aktiv maddələr
Təlimlərin nəticəsi olaraq həzm sistemi və həzm orqanlarının quruluşu, qida maddələri, bioloji aktiv maddələr haqqında təlim iştirakçılarının təsəvvürü artacaq. Qaramal, qoyun, quşlar və sair heyvanların həzm orqanları, qida maddələrinin parçalanması, maddələr mübadiləsi, qida maddələrinin heyvan orqanizmində həzm olunması proseslərini öyrənməklə yanaşı orqan və hüceyrələrin işi barədə praktiki bacarıqları da əldə edəcəklər.
3. Həzm prosesi və həzm orqanlarının quruluşu, qida maddələri, bioloji aktiv maddələr
Otyeyən kövşəyən heyvanların içində qoyunlar bitki ehtiyyatlarından effektiv (səmərəli) istifadə edir. Yemlənmə prosesi üç ardcıl və əlaqəli mərhələdən ibarətdir:
mexaniki
mikrob
kimyəvi
Qoyunların 32 dişi vardır. Onlardan 8-i kəsici dişlər olaraq alt çənənin ön hissəsində, 24 daimi dişlərinin isə alt və üst çənələrdə ( hər tərəfində 6 diş olmaqla, hər bir çənədə 12 diş) yerləşir. Üst çənənin ön hissəsində kəsici dişləri bərk əzələ toxuması (valik) formasında bütöv sümük əvəz edir. Ensiz sifəti, nazik hərəkətli dodaqları, çəpəki düzülmüş kəsici dişləri və üst çənədəki bütov sümüyün hesabına qoyunlar kiçik gövdəli otları, kiçik yarpaqları və bitkilərin digər hissələrini otlaya bilir. Ancaq xırdabuynuzlu heyvanlar (qoyun, keçi) sahədə biçin zamanı tökülmüş ayrı-ayrı dənləri (taxıl və alaq otu toxumlarını) götürüb (dişləri ilə) yeyə bilir və qarğıdalı dənini qıçadan (poçatka) təmizləyib yeyə bilir. XBH acı, şor, tikanlı səhra və düzənlik bitkiləri ilə qidalana bilir.
Qoyunların mədəsi dörd kameralıdır: ön mədəciyin (işkənbənin) həcmi 15-20 litr, torun həcmi 1-3,5 litr, kitabçanın həcmi 0,5 litr və qursağın həcmi 2 litrdir. Bağırsaqlarının uzunluğu bədənin uzunluğundan 25 dəfə böyükdür. Qidalanmanın fizioloji əsasını digər kövşəyən heyvanlarda olduğu kimi işkənbədə həzmetmə təşkil edir. Bitki mənşəli yemlərin əsas kütləsi işkənbədə mikroorqanizmlər tərəfindən işlənilir. Qoyun orqanizminin mənimsədiyi qida maddələrinin 70%-ə qədəri mikrob və infuzorların həyat fəaliyyətinin məhsuludur. Ön mədədə, əsasən işkənbədə gün ərzində 145 qram bakteriyalar və 115 qram infuzorlardan ibarət 260 qram mikrob maddəsi yaranır. Bu maddə 114 qram protein (heyvan mənşəli), 60 qram karbohidrat, 33 qram lipid (yağ) və 30 qram küldən ibarətdir.
Qüvvəli ayaqları və bərk dırnaqları xırda buynuzlu heyvanlara sərt dağlıq sahələrdə və yamaclarda otlamağa imkan verir. Onlar gün ərzində otlaqlarda böyük məsafə qət edə bilir. Hərəkətlilik nəticəsində işkənbədə qidanın qrışması intensivləşərək həzmolunmanı səmərəliləşdirir.
Müxtəlif yemlərin tərkibində olan qida maddələri 6 qrupa bölünür. Onlardan 3-ü (zülal, yağ və karbohidratlar) orqanizmi enerji ilə təmin edir. Digərləri (vitaminlər, mineral maddələr, və su) isə enerji ehtiyyatına malik deyildir. Bütün bu qida maddələri enerji təminatçısı funksiyası ilə bərabər plastiki (orqanizmin quruluşunun inşasında və sekresiya vəzilərinin şirə hazırlamasında) funksiyaya da malikdirlər.