3.1.5 Qida borusu
Qida borusu selikli qişa və yemlərin təsirinə qarşı davamlı çoxtəbəqəli buynuzlaşmış epitellə örtülü boruşəkilli əzələli orqandır. Yerləşməsinə görə qida borusu boyun, döş və qarın hissələrinə bölünür.
Gövşəyən heyvanların qida borusu yemi mədəyə ötürməklə yanaşı ağız boşluğuna qaytarılmasını (kövşəmə zamanı) da təmin edir. Qida borusu işkənbənin girəcəyində qıfabənzər formada qurtarır. Qida borusunun uzunluğu boyunca əzələlər eninə cızgilənmışdır və bu cızgilənmə işkənbənin girəcəyinədək davam edir. Gövşəmə zamanı nəfəs alma ilə döş qəfəsində əks təzyiqin təsiri altında işkənbə divarlarının və tor novcuğunun yığılması nəticəsində qida əks istiqamətdə qida borusunun ağızlığına doğru istiqamət alır və qida borusunun divarlarının yığılması ilə ağız boşluğuna atılır (gövşəmə).
İBM boynunun seqmental kəsiyində qida borusunun yerləşməsi:
|
a. 2-ci boyun fəqərəsi səviyyəsində
b. 4-cü boyun fəqərəsi səviyyəsində
1. qida borusu
2. traxeya
3. boyun fəqərəsi
|
4. sol və
4*. sağ vena şah damarları
5. yuxu arteriyası
6. vaqosimpatik sinir gövdəsi
|
İnək yemlənmədən sonra kövşək zamanı
Dostları ilə paylaş: |