Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 6,1 Mb.
səhifə45/52
tarix10.01.2022
ölçüsü6,1 Mb.
#106310
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

3.1.6 Mədə


Heyvanlarda həzm prosesi qəbul edilmiş yem və qida maddələrinin həzm olunması və orqanizm üçün istifadə edilə bilən formaya gətirilməsidir. Həzm prosesində mədə vacib funksiyanı icra edir.

İnəyin mədəsi aşağıdakı hissələrdən ibarətdir:





Şəkil X. İnəyin mədəsi

Həm prosesi zamanı gövşəmə ilə qəbul edilmiş yemlərin inəyin mədəsində həzm olunması və yenidən çeynəmə üçün ağıza qayıtması prosesi aşaıdakı qaydada baş verir.





1

Yem qida borusu vasitəsilə mədəyə daxil olur

2

Çətin həzm olunan sellüloza bakteriyalar vasitəsilə işkənbədə parçalanır

3

Torda qida topları formalaşır

4

Qida topları ağıza yenidən çeynənmək üçün göndərilir

5

Maye qida məhlulu kitabçaya göndərilir

6

Kitabçada maye sorulur

7

Qida qalığı qursaqda bakteriyalar vasitəsilə həzm olunur və zülal, yağ, şəkər və mineral maddələrə çevrilir.

Atların həzm prosesi digər heyvanlarda da olduğu kimi çeynəmədən başlayır. Ağızın ön hissəsindəki kəsici dişlər qidanı dişləyib qoparır, daimi dişlər vasitəsilə çeynəyir. Çeynəmə prosesi ağız suyunun ifrazına səbəb olur. Ağız suyu qidanı yumşaldır və heyvan tərəfindən udularaq mədəyə düşməsini asanlaşdırır. Yaşlı atların (diri çəkisi 500 kq-a yaxın olan) mədəsinin həcmi 7,5-15 Iitrə bərabərdir. Mədədə yemlərin həzmolunma prosesi ləngimədən sanki qida borusu kimi yemi növbəti şöbələrə ötürür və bu da qida maddələrinin həzməgetmə prosesinə öz mənfi təsirini göstərir. Atların mədəsi iki hissəyə bölünmüşdür: yuxarı və aşağı hissələr. Yuxarı hissədə həzmolunma prosesi və aşağı hissədə isə selikli qişa ifraz edən vəzlər yerləşir.




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin