Yoğun bağırsaq həzm sisteminin axırıncı şöbəsidir. Nazik bağırsaqlardan dametrinin böyü olması, nazik tükcüklərin olmaması, epitellərində çoxlu qədəhşəkilli hüceyrələrin olması və s. ilə fərqlənir.
Yoğun bağırsaqlar üç hissəyə bölünür:
kor bağırsaq,
çənbər bağırsaq,
düz bağırsaq
Kor bağırsaq nazik və yoğun bağırsaqların sərhəddində həzm sisteminə açılan köndələn kor çıxıntıya bənzəyir. Çənbər bağırsaq nazik bağırsaqları düz bağırsaqla birləşdirir.
3.1.11 Düz bağırsaq
Düz bağırsaq onurğa boyunca çənbər bağırsağın sonundan anusa qədər uzanır.
Düz bağırsağın mikroskopik quruluşunda ifrazı ilə bağırsağın divarını selikli qişa ilə örtməklə peyin kütləsinin hərəkətini asanlaşdıran çoxlu miqdarda qədəhşəkilli hüceyrələr xarakterikdir.
3.1.12 Anus
Anus düz bağırsağın selikli qişa tədricən dəri əzələsinə keçdiyi xarici deşik hissəsidir. Bu hissənin yaxınlığında selikli qişa uzununa qırışlar şəklində olması güclü dartılma zamanı asanlıqla açılıb xarici deşik hissənin enini kifayət qədər böyüdə bilər. İki bağlayıcı əzələlərdən biri daxili - həlqəvari, sərbəst yığıla bilən liflərdən ibarət olmaqla düz bağırsağın həlqəvari təbəqəsinin qalınlaşmasını təmin edir. Digəri sərbəst yığıla bilən əzələ liflərindən ibarət omaqla dəri hissəyə yaxın yerləşir. Bağlayıcı əzələlər normal vəziyyətdə zəif yığılır. Düz bağırsağın aşağı hissəsinin selikli qişası qıcıqlanmış vəziyyətdə olduqda əzələlər güclü şəkildə yığılır.