Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 6,1 Mb.
səhifə49/52
tarix10.01.2022
ölçüsü6,1 Mb.
#106310
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

3.2 Qida maddələrinin parçalanması


Həzm prosesi zamanı qida maddələrinin parçalanması aşağıdakı mərhələlər üzrə gedir:

  • yemin ağız boşluğu və mədədə mexaniki emalı, xırdalanması, həzm şirələri ilə qarışması

  • karbohidrat, zülal və yağların həzm şirələri fermentlərinin təsiri ilə sadə üzvi birləşmələrə çevrilməklə parçalanması

  • qida maddələrinin qan və limfaya sorulması

  • həzmolunmamış qalıqların orqanizmdən xaric olunması

Ağız boşluğunda yemin mexaniki və kimyəvi emalı prosesi gedir. Ağız boşluğuna düşən qida çeynənilir, ağız suyu şirəsi ilə nəmlənərək yem yumağı formasını alır. Yemin qarışdırılması dil və yanaq əzələlərinin köməyi ilə gedir.Ağız boşluğunun selikli qişası temperaturu, yemin dadını və bağqa keyfiyyət göstəricilərini mənimsəyir. Hissiyyat reseptorlardan uzunsov beyinə ötürülür. Nəticədə refleks qanununa uyğun olaraq ardıcıl surətdə ağız suyu, mədə və mədəaltı vəzlər fəaliyyətə başlayır. Davamı olaraq yemi çeynəmə və udma prosesi gedir. Çeynənilərək nəmlənmiş yem dil vasitəsilə udlağa və əzələ yığılması vasitəsilə qida borusuna düşür. Ağız boşluğunda qida üç cüt tüpürcək vəzinin (dilaltı, aşağıçənəaltı və qulaqətrafı vəzlər) selikli qişası ilə qarışır. Bundan başqa ağız boşluğunun selikli qişa təbəqəsi bütünlüklə kiçik vəzlərlə doludur. Ağız boşluğunda mürəkkəb karbohidratlar sadə formalara qədər parçalanır.



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin