Onurğa sütununun ibarət olduğu boyun, döş, bel, sağrı və quyruq hissələri ayrı-ayrı funksiyaları yerinə yetirdiklərinə görə quruluşlarında fərdi xüsusiyyətləri ilə fərqlənirlər.
İnəyin skeleti
1. kəllə
2. boyun
3. döş
4. bel
5. oma
6. quyruğun skeleti
7. çiyin qurşağı (kürək)
8. çanaq qurşağı
9. bazu sümüyü
10. bud sümüyü
11. said sümüyü
12. baldır sümüyü
13. bilək sümüyü
14. daraqarxası sümüyü
15. əl darağı sümüyü
16. ayaqdarağı sümüyü
17. barmaq sümükləri
1.2.1 Sümüklərin rəngi və forması
Müxtəlif heyvan sümüklərinin özünəməxsus rəngi vardır. Bü ağ, açıq sarı rəngdən tünd qəhvəyi və qara rəngə qədər gəyişir. Bəzi heyvan cinslərinin təmizqanlılığının bonitirovkasında buynuzlarının rəngi də nəzərə alınır. Belə ki, təmizqanlı simmental cinsli inəklərin buynuzları sarımtıl rəngdə olur və uc hissəsi qəhvəyi rəngə çalır. Buynuzun uc hissəsinin qara rəngdə olması həmin heyvanın təmizqanlı simmental cinsinə aid olmadığını bildirir. Sümüklər xarici formasına görə uzun boruşəkilli, qısa, yastı və qarışıq olur.