Yem əlavələri- qida maddələri və bioloji aktiv maddələrin nisbətini tənzimləməklə heyvanın yem rasionunda balans yaratmaq üçün istifadə olunan istənilən əlavələrdir. Yem əlavələri yemin həzmolunma qabiliyyətini və heyvan orqanizmi tərəfindən mənimsənilmə (qan və limfa sisteminə sorulma) faizini artırmaqla istehsal oluncaq heyvandarlıq məhsulunun səmərəliliyini və keyfiyyətini artırmaq üçün istifadə olunur.
Mineral maddələr dedikdə C, H, O, N elementlərindən başqa bütün elementlər nəzərdə tutulur. Heyvanların orqanizmində 30-35 mineral maddəyə rast gəlinir ki, bunlardan da 15-20-si həyat üçün zəruri hesab olunur. Mineral maddələr mikro (Fe, Cu, Mn, Zn, Co, J, Se və s.) və makro (Ca, F, K, Na, Mg, Cl, S və s.) elementlərə bölünür.
Mineral maddələrin heyvan orqanizmində funksiyaları :
skeletin (dayaq-hərəkət sistemi) qurulması üçün xammal,
bioloji aktiv maddələr və maddələr mübadiləsi tənzimləyicilərinin tərkib hissəsi,
turşu-qələvi balanslaşmasının tənzimləyicisidir.
Heyvanların orqanizmi həzm sisteminə daxil olan, orqanizmdən xaric olunan və mübadilə prosesində sərf olunan mineralları tənzimləyərək balans yaratmağa çalışır.
Tənzimləmə əsasən skelet (Ca, P) və böyrəklər (Na, K, Cl, P) vasitəsilə həyata keçirilir. mineral maddələr heyvanlara xörək duzu, təbaşir, sümük unu, mikroelement duzu şəklində verilir.
Dostları ilə paylaş: |