Siloslaşma yaşıl bitki kütləsinin konservləşdirilməsindən ibarət mürəkkəb mikrobioloji və biokimyəvi prosesdir. Yemin saxlanmasının əsas şərti süd-turşu bakteriyalarının yaratdığı turş mühitdir. Odur ki, silos hazırlayarkən süd-turşu bakteriyalarının optimal inkişaf şəraiti nəzərə alınmalıdır.
Siloslaşma qabiliyyətinə görə bitkilər 3 qrupa bölünür:
asan siloslaşan bitkilər (tərkibində şəkərin miqdarı zəruri miqdarda süd-turşu qıcqırma prosesi üçün kifayət edir və ya artıqdır)
çətin siloslaşan bitkilər (şəkər ehtiyyatı məhduddur, ancaq ideal mühitdə süd-turşu qıcqırma prosesini təmin edir)
siloslaşmayan bitkilər (şəkər ehtiyyatı həddindən artıq aşağıdır)
Silos əsasən aşağıdakı bitkilərdən hazırlanır:
qarğıdalı
günəbaxan
birillik və çoxillik otlar
çuğundur şalğamı (siloslaşdırılması doğranmış saman və ya küləşlə birlikdə parılır)
Yüksək keyfiyyətli silos hazırlanması üçün optimal şərait yaradılması vacibdir. Silos hazırlığında optimal şərait aşağıdakı faktorlardan asılıdır.
xammalın münbit kimyəvi tərkibi;
anoerob şəraitin (hava daxil olmaması) yaradılması;
25-30 Co istiliyin təmin olunması.
Silos hazırlanma prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir.