QOU-nun keyfiyyətli şəkildə saxlanması kriteriyaları:
təzə biçilmiş paxlalı bitkilər, çuğundur şalğamı, müxtəlif yaşıl otlar soluxmamış, qısa zaman kəsiyində normalaşdırma bunkerinə daşınmalı
doğranılmış yaşıl kütlə bir neçə saniyə ərzində 9-12% nəmliyi qalanadək qurudulmalıdır
qranulaların diametri 3-25mm, uzunluğu 2 diametri keçməməli, sıxlığı 600-1300qr/m3, quru maddə miqdarı 85-90%, nəmlik 10-15% olmalıdır.
2.3.3 Senaj
Senaj paxlalı bitkilər (yonca, qorunca və s.), taxıl bitkiləri və ya qatışıq şəkildə 50-55% nəmlikdə hermetik olaraq konservləşdirilməklə tədarük olunur.
Texnoloji prosesin mərhələləri:
Tranşey və ya quyuda senaj kütləsinin basdırılması:
sahədə yaşıl otun biçilərək 50-60% nəmliyədək soluxması üçün sərilməsi
soluxdurulmuş yaşıl kütlənin doğranmaqla texnikaya yığılması
senaj quyusuna daşınması
senajlıq yaşıl kütlənin ağır texnika vasitəsilə sıxlaşdırılması