Heyvanların vitaminlərə olan tələbatı əsasən təbii qaba, şirəli və qüvvəli yemlərin hesabına təmin olunur. Bəzi vitaminlər həmin yemlərdə ya az miqdardadır, ya da ki, yoxdur. Buna görə heyvanların rasionuna vitamin yem əlavələri daxil etmək zərurəti yaranır.
Vitamin əlavələri tərkibli yemlər aşağıdakı üzrədir:
|
karotin - ot unu, hidropon yaşıl kütlə, yerkökü,
vitamin A- vitaminləşdirilmiş balıq yağı,
vitamin D- balıq yağı, D vitamininin yağda qarışığı,
vitamin E- cücərmiş taxıl, göyərti, E vitaminli qatı məhlul,
vitamin B2- yem və ya pivə mayaları, paxlalı bitkilərin ot unu, B2 vitaminli qatı məhlul,
vitamin B3- yem və çörək mayaları, buğda kəpəyi, B3 vitamin preparatı,
vitamin B5- yem və çörək mayaları, buğda kəpəyi, nikotinamid preparatı,
vitamin B12- vitamin B12 qatı məhlulu, biomitsin sənayesi qalıqları.
|
Vitamin əlavələri yemlərin tərkibinə qarışdırmaqla heyvanlara yemlənilir.
Dostları ilə paylaş: |