|
Yemin ümumi enerjisini kimyəvi tərkibinə və xam qida maddələrinin enerji əmsalına əsasən müəyyən etmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir
|
səhifə | 36/47 | tarix | 10.01.2022 | ölçüsü | 5,82 Mb. | | #107340 | növü | Dərs |
| Yemin ümumi enerjisini kimyəvi tərkibinə və xam qida maddələrinin enerji əmsalına əsasən müəyyən etmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir:
1 kq xam protein (XP) = 23,9 MJ,
1 kq xam yağlar (XY) = 39,8 MJ,
1 kq xam sellüloza (XS) = 20 MJ,
1 kq azotsuz ekstraktiv maddə (AEM) = 17,6 MJ.
nümunə - 127qram XP olan yonca otunun : 0,127 x 23,9 = 3,04 MJ enerji qidalılığı var.
Həzməgedən enerji- yem həzm olunduqdan sonra orqanizmdə qalan enerjidir:
Həzməgedən enerji (HE) = Ümumi enerji (ÜE) - peyinin enerjisi (PE)
Enerji qidalılığının müəyyən olunmasının balans metodu:
İBM üçün: Mübadilə enerjisi (ME) = ÜE- PE-SE-BQE və ya ME = HE-SE-BQE
donuzlar üçün: ME = ÜE- (PE + SE)
quşlar üçün: ME = ÜE - zılın enerjisi (ZE)
|
Yemlərin ME-si həzməgedən enerjinin müəyyənləşdirilməsi:
İBM-ya yemləndirərkən 82%-ni (ME= 0,82 x HE) ,
XBH üçün 87%-ni (ME= 0,87 x HE),
atlar üçün 92%-ni (ME= 0,92 x HE)
donuzlar üçün 94%-ni (ME= 0,94 x HE) təşkil edir.
Dostları ilə paylaş: |
|
|