Yem rasionu heyvanların gündəlik zəruri qida maddələrinə və enerjiyə olan fizioloji ehtiyyacını (fizioloji sağlamlığı və məhsuldarlığı nəzərə alınmaqla) ödəmək üçün hesablanmış yemlərin məcmudur.
Rasionlar heyvanların cins-yaş qrupları, məhsuldarlığı, mövcud yem bazası nəzərə alınmaqla aylıq, mövsümi və illik hazırlanır.
Rasionun tutulma məqsədi mövcud kənd təsərrüfatı heyvanlarının cins- yaş qrupu, təsərrüfat istiqaməti, məhsuldarlığı, yem bazası nəzərə alınmaqla davamlı olaraq keyfiyyətli yemlənməsini təşkil etmək, səmərəli məhsul istehsalına nail olmaq, təsərrüfatın rentabelliliyini təmin etməkdir.
Dostları ilə paylaş: |