Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 5,82 Mb.
səhifə6/47
tarix10.01.2022
ölçüsü5,82 Mb.
#107340
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

2. Giriş


Hörmətli oxucu!

"Heyvanların yemlənməsi" modulu vasitəsilə siz heyvandarlıq fermer təsərrüfatının fəaliyyəti üçün zəruri faktorlardan biri olan yemçilik sahəsi üzrə bilik və bacarıqlarınızı inkişaf etdirəcəksiniz.

İlk növbədə təlim vasitəsilə yemlərin qidalılığını, yəni heyvanların yemə olan təbii ehtiyaclarını ödəmə qabiliyyətini müəyyən edən kimyəvi tərkibi barədə məlumatlarla tanış olacaq və praktiki tədbirlər vasitəsilə əldə etdiyiniz bilgiləri bir daha dəqiqləşdirəcəksiniz.

Növbəti təlimlərdə yemlərin təsnifatı üzrə bilik və bacarıqlarınızı artırmaqla təcrübədə istifadə olunan yem növləri, hazırlanma texnologiyaları, saxlanma şəraiti barədə ətraflı məlumatlar əldə edəcəksiniz.

Yemlərin kimyəvi ttərkibi və təsnifatı haqqında əldə etdiyiniz bilgilər sayəsində yemlərin qiymətləndirilməsi və qiymətləndirilmə cədvəllərindən istifadə qaydalarına dair bacarıqlar əldə edəcəksiniz.

Hər bir sahə üzrə təlim vasitəsilə əldə etdiyiniz bilik və bacarıqlar praktiki tədbirlər vasitəsilə bir daha möhkəmləndiriləcək.

Təlim və praktiki tədbirlərdə öyrəndikləriniz kənd təsərrüfatı heyvanlarının yemlənməsi üçün tam qida dəyərli yem rasionlarını tərtib etməyə imkan verəcək.

Testlər vasitəsilə heyvandarlıq sahəsində geniş tətbiq olunan yem bitkiləri, onların kimyəvi tərkibi, qiymətləndirilmə sistemi barədə bilik və bacarıqlarınızı, yemlərin qidalılığına dair cədvəllərdən istifadə etməklə tələbə uyğun yem rasionları hesablamaq bacarıqlarınızı yoxlayacaqsınız

Nəticə etibarilə əldə etdiyiniz bilik və bacarıqlar heyvandarlıq təsərrüfatlarında yemçilik sahəsi üzrə mütəxəssis kimi fəaliyyət göstərə biləcəyinizə zəmanət verəcək.

Heyvanların yemlənməsi sahəsi üzrə həyata keçirilən təlim və tədbirlərdə iştirak etməklə, Azərbaycan Respublikasında Kənd Təsərrüfatının inkişafına dəstək verməkdə qərarlı olduğunuza görə sizə təşəkkür edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin