Yemlərin üzvi maddələrdən ibarət tərkibini yandıraraq qalan küldən qum və torpağı təmizlədikdə mineral tərkibli təmiz kül qalır. Həmin maddə makroelementlərdən və mikroelementlərdən ibarətdir.
Vitaminlər həyat üçün zəruri maddələrdir. Onlar müəyyən hüceyrələrin yaranması və fəaliyyətinə (yağda həll olunan vitaminlər), ferment komponentləri kimi maddələr mübadiləsinin tənzimlənməsinə (suda həll olan vitaminlər) sərf olunur. Hər bir vitaminin orqanizmdə öz funksiyası var və digər vitaminlə əvəz oluna bilməz. Rasionda vitamin krizisi avitaminoz xəstəliyinin yaranmasına, normadan artıq olması isə hipervitaminoza (xüsusilə D vitamini) səbəb olur. Yağda həll olunan vitaminlər- A, D, E, K. Suda həll olan vitaminlər- B1, B2, B6, B12, C, nikotin turşusu, kolin, pantoten, fol turşusu, biotin və s. Vitaminlər heyvanlara vitaminli ot unu və ya preparatlar şəklində verilir.