Məqsəd: Yem təchizatı xərcləri heyvandarlıq təsərrüfatının ümumi xərclərinin əsasını təşkil edir. Odur ki, gündəlik yem rasionu heyvanların yem tələbatını ödəməklə yanaşı mümkün qədər az məsariflə sağlam mal-qara yetişdirməli və müvafiq məhsul istehsal etməlidir. Odur ki, təsərrüfatın sahibi yemləri analiz etməyi, tərkibini müəyyənləşdirməyi bacarmalıdır.
Yemlərin analiz kriteriyaları aşağıdakı üzrədir:
yemlərin enerji tutumunun, quru maddə tərkibinin, xüsusilə zəruri qida maddələri qrupunun (zülal, əvəzolunmaz amin turşuları, mineral maddələr və xam sellüloza) müəyyənləşdirilməsi,
ayrı-ayrı heyvanlar üzərində təcrübə əsasında yemlərin tərkibində həzmolunan qida maddələrinin müəyyənlədirilməsi.