QOU-nun keyfiyyətli şəkildə saxlanması kriteriyaları:
təzə biçilmiş paxlalı bitkilər, çuğundur şalğamı, müxtəlif yaşıl otlar soluxmamış, qısa zaman kəsiyində normalaşdırma bunkerinə daşınmalı
doğranılmış yaşıl kütlə bir neçə saniyə ərzində 9-12% nəmliyi qalanadək qurudulmalıdır
qranulaların diametri 3-25mm, uzunluğu 2 diametri keçməməli, sıxlığı 600-1300qr/m3, quru maddə miqdarı 85-90%, nəmlik 10-15% olmalıdır.
2.3.3 Senaj
Senaj paxlalı bitkilər (yonca, qorunca və s.), taxıl bitkiləri və ya qatışıq şəkildə 50-55% nəmlikdə hermetik olaraq konservləşdirilməklə tədarük olunur.
Texnoloji prosesin mərhələləri:
Tranşey və ya quyuda senaj kütləsinin basdırılması:
sahədə yaşıl otun biçilərək 50-60% nəmliyədək soluxması üçün sərilməsi
soluxdurulmuş yaşıl kütlənin doğranmaqla texnikaya yığılması
senaj quyusuna daşınması
senajlıq yaşıl kütlənin ağır texnika vasitəsilə sıxlaşdırılması
senaj quyusunun 5-7 gün ərzində doldurularaq, üzərinin klyonka vasitəsilə germetik örtülməsi
klyonkanın üzərini torpaq və ya yaşıl kütlə ilə örtməli
xüsusi germetik kisələrdə senaj tədarük olunması
yaşıl kütlə təzyiq altında xüsusi polietilen kisələrə doldurulur və germetik bağlanır
İstənilən yaşıl kütlədən senaj tədarük etmək olar (nəmlik 60%-i keçməmək şərti ilə).
K onservləşdirilmiş yemlər üzrə tədarük etmə və saxlanma zamanı qida maddələrinin itkisi: