Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi


Təlim nəticələrinin qiymətləndirməsi



Yüklə 5,82 Mb.
səhifə34/47
tarix10.01.2022
ölçüsü5,82 Mb.
#107340
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

Təlim nəticələrinin qiymətləndirməsi


Test sualları və praktiki tapşırıq




1. Yeni biçilmiş çəmən otunun tərkibində neçə faiz su var?

a) 40 b) 13-14 c) 75 d) 90

2. İBM və atlar qəbul etdikləri quru maddənin hər kq-na neçə litr su

içməlidirlər?

a) 1-3 b) 7-10 c) 4-5 d) 20-25

3. Heyvan orqanizmində sintez oluna bilməyən amin turşuları necə adlanır?

a) əvəzolunmaz amin turşuları b) heyvan mənşəli amin turşuları

c) əvəzolunan amin turşuları

4. Heyvanların orqanizmindəki yağ ehtiyyatının sintezində əsas xammal olan

karbohidratlardan suda həll olanları hansılardır?

a) sellüloza, şəkər b) nişasta, şəkər c) sellüloza, nişasta

5. Heyvan orqanizmindəki yağların kimyəvi tərkibi nədən ibarətdir?

  1. amin turşuları və mineral maddələr

  1. yağ turşuları və qliserin

  1. amidlər və yağ turşuları

6 . Heyvanların yemlənməsində vitaminlərin rolu nədən ibarətdir?

  1. bədən temperaturunun tənzimlənməsi

  1. müəyyən hüceyrələrin yaranması və maddələr mübadiləsinin

tənzimlənməsi

  1. yemlərə iştahın artırılması

7. Mineral maddələr heyvan orqanizmində hansı funksiyaları yerinə yetirir?

  1. skeletin qurulması üçün xammal

  1. skeletin qurulması üçün xammal və qələvi-turşu balansının tənzimləyicisi

  1. skeletin qurulması üçün xammal, maddələr mübadiləsi

tənzimləyicisinin tərkib hissəsi və qələvi-turşu balansının tənzimləyicisi

8. Yemlərin orqanoleptik analizi hansı göstəricilər üzrə aparılır?

  1. xarici görünüşü

  1. xarici görünüşü, rəngi, qoxusu, tərkib bütövlüyü (botaniki), vegetasiya

fazası

  1. xarici görünüşü, rəngi, qoxusu

9. Yemlərin quru maddəsinin üzvi maddələrdən ibarət tərkibi hansılardır?

  1. zülallar, karbohidratlar, yağlar

  1. zülallar, mineral maddələr, vitaminlər

  1. karbohidratlar, mineral maddələr. yağlar

10. İri həcmli beton quyuda silos basdırılması üzrə fəaliyyətlər ardıcıllığını

yazın.

B. Təlim nəticəsi 2 - Yem bitkilərinin qiymətləndirmə sistemi

Təlim nəticəsi olaraq dinləyicilər:

  1. yemlərin enerji tərkibinin hesablamnası,

  2. yemlərin protein tərkibinin qiymətləndirilməsi,

  3. yemlərin keyfiyyətinin qiymətləndirilmə üsulları,

  4. şirəli, qüvvəli və qaba yemlərin keyfiyyətinin orqanoleptik qiymətləndirilmə göstəriciləri,

  5. zəruri yemlərin enerji və qida maddələri tərkibi cədvəlləri,

  6. rasion tərtibində fəaliyyət ardıcıllığı və ÜE, ME, SE tərkibindən istifadə qaydaları üzrə bacarıqlarını artırmaqla kənd təsərrüfatı heyvanları və quşları üçün rasion tərtib etmə mərhələsinə keçirlər.

3. Yemlərin qiymətləndirilmə sistemi

Yemlərin qiymətləndirilməsi aşağıdakı formada həyata keçirilir.



  • Yemlərin enerji tərkibinə görə qiymətləndirilməsi

  • Yemlərin zülal (proterin) tərkibinə görə qiymətləndirilməsi



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin