Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 0.78 Mb.
səhifə2/16
tarix13.06.2018
ölçüsü0.78 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

1. Modul spesifikasiyası


Modulun nömrəsi: 3.1.3.2.1.2.03

Dərs saatı (nəzərdə tutulan): İxtisas üzrə nəzəri dərslər: 20 saat


İxtisas üzrə praktiki dərslər:20 saat

Məqsəd:

„Heyvanların yemlənməsi“ modulunda k/t heyvanlarının düzgün yemlənməsinin əsasları və yem bitkiləri haqda mühüm biliklər aşılanır. Təhsilalan mühüm yemləri, onların müxtəlif heyvanlar üçün istifadə imkanlarını və heyvanların məhsuldarlığına təsirini qiymətləndirə bilir.

Onlar yem rasionun tutulmasında yemlərin qiymətləndirmə sistemlərini istifadə edə bilir və yem rasionunu hazırlaya bilir.

Tədrisin məqsədi

Tədrisin məzmunu (nəzəri)

Dərs saatları (nəzəri)

Tədrisin məzmunu (praktiki məşğələlər)

Dərs saatları (praktiki məşğələlər)

İstehsalat təcrübəsi

Dərs saatları (istehsalat təcrübəsi)

Metodik göstərişlər

A. Mühüm yem bitkilərinin tərkibini bilir.

Yem bitkilərinin tərkibi: quru kütlə, üzvi maddələr (karbohidratlar, yağlar, sellüloza, protein), qeyri üzvi maddələr, mineral maddələr və vitaminlər, qaba və qüvvəli yemlər.

7


Yem bitkilərinin(qaba yem və alınmış qüvvəli yemin) qiymətləndirilməsi.

8










B. Təcrübədə tətbiq edilən yem bitkilərinin qiymətləndirmə sistemi və qiymətləndirmə cədvəlləri ilə işləyə bilir.

Yem bitkilərinin qiymətləndirmə sistemi.

Ümumi və xalis enerji həcmi, məhsuldarlıq səviyyəsindən asılı olaraq müxtəlif k/t heyvanlarının tələbat normaları.


8


Yem bitkilərini qiymətləndirmə cədvəlinə əsasən qiymətləndirmək.

4










C. Tələbə uyğun yem rasionlarını hesablaya bilir.

Minimal və yüksək məhsuldarlığa görə tələbat, quru kütlə qəbulu, enerji və zülal balansı, iqtisadi səmərəlilik.

5


Yem rasionu hazırlamaq.

8










Bu modul 18 və 19-cu modullardan ("Heyvanların anatomiyası və fiziologiyası" və "Heyvandarlıq") sonra tədris olunmalıdır.

2. Giriş


Hörmətli oxucu!

"Heyvanların yemlənməsi" modulu vasitəsilə siz heyvandarlıq fermer təsərrüfatının fəaliyyəti üçün zəruri faktorlardan biri olan yemçilik sahəsi üzrə bilik və bacarıqlarınızı inkişaf etdirəcəksiniz.

İlk növbədə təlim vasitəsilə yemlərin qidalılığını, yəni heyvanların yemə olan təbii ehtiyaclarını ödəmə qabiliyyətini müəyyən edən kimyəvi tərkibi barədə məlumatlarla tanış olacaq və praktiki tədbirlər vasitəsilə əldə etdiyiniz bilgiləri bir daha dəqiqləşdirəcəksiniz.

Növbəti təlimlərdə yemlərin təsnifatı üzrə bilik və bacarıqlarınızı artırmaqla təcrübədə istifadə olunan yem növləri, hazırlanma texnologiyaları, saxlanma şəraiti barədə ətraflı məlumatlar əldə edəcəksiniz.

Yemlərin kimyəvi ttərkibi və təsnifatı haqqında əldə etdiyiniz bilgilər sayəsində yemlərin qiymətləndirilməsi və qiymətləndirilmə cədvəllərindən istifadə qaydalarına dair bacarıqlar əldə edəcəksiniz.

Hər bir sahə üzrə təlim vasitəsilə əldə etdiyiniz bilik və bacarıqlar praktiki tədbirlər vasitəsilə bir daha möhkəmləndiriləcək.

Təlim və praktiki tədbirlərdə öyrəndikləriniz kənd təsərrüfatı heyvanlarının yemlənməsi üçün tam qida dəyərli yem rasionlarını tərtib etməyə imkan verəcək.

Testlər vasitəsilə heyvandarlıq sahəsində geniş tətbiq olunan yem bitkiləri, onların kimyəvi tərkibi, qiymətləndirilmə sistemi barədə bilik və bacarıqlarınızı, yemlərin qidalılığına dair cədvəllərdən istifadə etməklə tələbə uyğun yem rasionları hesablamaq bacarıqlarınızı yoxlayacaqsınız

Nəticə etibarilə əldə etdiyiniz bilik və bacarıqlar heyvandarlıq təsərrüfatlarında yemçilik sahəsi üzrə mütəxəssis kimi fəaliyyət göstərə biləcəyinizə zəmanət verəcək.

Heyvanların yemlənməsi sahəsi üzrə həyata keçirilən təlim və tədbirlərdə iştirak etməklə, Azərbaycan Respublikasında Kənd Təsərrüfatının inkişafına dəstək verməkdə qərarlı olduğunuza görə sizə təşəkkür edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.


3. İxtisarlar


AEM

Azotsuz ekstraktiv maddələr

BQE

Bağırsaq qazları enerjisi



Diri çəki

EEB

Enerji ehtiyacı balansı

ƏAT

Əvəzolunmaz amin turşuları

HE

Həzməgedən enerji

HXM

Həzmə gedən xam maddələr

HMQ

Həzməgedən maddələrin qalığı

HP

Həzməgedən protein

XBH

Xırda buynuzlu heyvanlar

XE

Xalis enerji

XP

Xam protein

XS

Xam sellüloza

XY

Xam yağlar

İBM

İri buynuzlu mal-qara

İE

İstilik enerjisi

K/T

Kənd təsərrüfatı

QM

Quru maddə

QOU

Qranulalaşdırılmış ot unu

ME

Mübadilə enerjisi

MJ

Meqa Coul

PE

Peyin enerjisi

RAB

Rubesdə azot balansı

SE

Sidik enerjisi

SE

Saxlayıcı enerji

TME

Təmiz məhsuldarlıq enerjisi

ÜE

Ümumi enerji

ÜM

Üzvi maddələr

ÜSƏ

Üzlü süd əvəzedici

ZAB

Zülalsız azotlu birləşmələr

ZEB

Zülal ehtiyacı balansı

4. Təlim nəticələri

A. Təlim nəticəsi 1 - Yem bitkilərinin tərkibi

Təlimin nəticəsi olaraq dinləyicilər:

  1. Kənd təsərrüfatı heyvanlarının yemlənməsində istifadə olunan yemlər və onların kimyəvi tərkibi haqqında mühüm biliklər əldə edir,

  2. Yemlərin təkibində olan quru maddə və süyun heyvan orqanizminin fizioloji inkişafında və məhsul istehsalında rolu barədə ilkin məlumatlar alır,

  3. Quru maddənin tərki hissələri (üzvi maddələr: karbohidratlar, yağlar, sellüloza, protein, qeyri üzvi maddələr, mineral maddələr və vitaminlər) üzrə təlim vasitəsilə öyrəndiklərini praktiki tədbirlər vasitəsilə bir daha möhkəmləndirir,

  4. Şirəli, qaba, qüvvəli yemlər və yem əlavələri, onların istehsalı, tədarükü, saxlanması və istifadə sahələri üzrə bilik və bacarıqlarını artırırlar.





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə