Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 0.78 Mb.
səhifə3/16
tarix13.06.2018
ölçüsü0.78 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

1. Yem bitkilərinin tərkibi


Yem bitkilərinin tərkibi aşağıdakı maddə və komponentlərdən ibarətdir:

Yem bitkiləri

Zülallar

Üzvi maddələr

Su

Quru maddələr (QM)

Qeyri-üzvi maddələr

Karbohidratlar

Yağlar

Yem əlavələri və mineral maddələr

Yemlərin analizi-tərkibin müəyyənləşdirilməsi

Vitaminlər

1.1.Su və quru maddə


Su - bütün yemlərin tərkib hissəsidir. Yemlərin tərkibində miqdarı 5-95% arası dəyişir. Suyun miqdarı daha çox yaşıl yemdə, silosda, kökümeyvəli və köküyumru yemlərdə olur. Yem çuğundurunun tərkibində 86%, silosda 75-78%, yeni biçilmiş çəmən otunda (yaşıl kütlə) 75%, qüvvəli yemlərin (dənli bitkilər) tərkibində isə 13-14% su vardır. Su axıcı mühit rolunu oynamaqla maddələr mübadiləsinin bütün mərhələlərində iştirak edir. Heyvan orqanizmi üçün lazım olan qida maddələri, o cümlədən fermentlər suda həll olunmuş formada olur.

Su heyvan orqanizminə yemlərin tərkibində və içirmə yolu ilə daxil olur. Süya olan tələbatın hesablanma nəticələrinə əsasən İBM və atlar üçün qəbul etdikləri quru maddənin hər kq-na 4-5 l, donuz, qoyun və quşlar üçün isə 2-3 l su düşməlidir. Su çatışmazlığı zamanı heyvanlarda həzm prosesi çətinləşir, qanda qatılaşma gedir, qida maddələrinin qan və limfa sisteminə sorulması prosesi pozulur, yemləmə səmərəsiz olur.



Heyvanların gündəlik sü ehtiyacı (məhsuldarlıqdan asılı olaraq):

Sağmal inəklər

45-90 l

Kökəltmədə olan İBM

20-60 l

6 aylığadək IBM

5-15 l

Nəsil verən donuzlar

10-25 l

Kökəltmədə olan donuzlar

6-10 l

Qoyunlar

1,5-4 l

Atlar

30-50 l

Toyuqlar

1/4-1/3 l


Quru maddə-yemlərin tərkibinə görə müqayisə olunması və qiymətləndirilməsi göstəricisi olmaqla aşağıdakı kimi müəyyənləşdirilir:

Quru maddənin tərkibinə zülallar, karbohidratlar (nişasta, şəkər və sellüloza), yağlar, vitaminlər, mineral maddələr və yem əlavələri daxildir.

Gün ərzində heyvanın qəbul edəcəyi yemlərin miqdarı heyvanın mənşəyindən (həzm apparatının tutumundan, diri çəkisindən, cinsindən, cinsiyyət qrupundan), saxlanma şəraitindən (temperatur, sıxlıq, işıqlanma dərəcəsi, yemləndirmə sistemi) və yemlərdən (mübadilə enerjisi tutumundan, həzm olunma qabiliyyətindən, rasionun tərkibindən, xam sellülozanın miqdarından, yemlərin forması, qoxusu, dadı və toksin tərkibindən) asılıdır.



Heyvanın yem rasionu əsasən onun məhsuldarlığı nəzərə alınmaqla tərtib olunur. Quru maddənin kifayət qədər qəbul edilməməsi mədə şirəsi ifrazının azalmasına, yemin mədə-bağırsaq sistemi ilə hərəkətinin zəifləməsinə, heyvanda aclıq instinktinin aktivləşməsinə gətirib çıxarır. Normadan artıq quru maddənin qəbulu isə əksinə olaraq yemin mədə-bağırsaq sistemi ilə hərəkətini intensivləşdirir və nəticədə yemin həzmə getməsini və qida maddələrinin heyvan orqanizmi tərəfindən mənimsənilməsini zəiflədir.

1.2. Üzvi maddələr


Üzvi maddələr aşağıdakı komponentlərdən ibarətdir:

1.2.1 Zülallar


Zülallar - amin turşularından ibarətdir. Onların sayı 20-yə bərabərdir. Amin turşularının əksəriyyəti heyvan orqanizminə yem vasitəsilə daxil olur, bəziləri isə orqanizmin özündə sintez olunur. Heyvanların orqanizmində sintez oluna bilməyən amin turşuları "əvəzolunmaz amin turşuları" adlanır. Tərkibində kifayət qədər "əvəzolunmaz amin turşuları" olan, cavan mal-qaranın normal inkişafını təmin edən zülallar tam dəyərli zülallar adlanılır.

Cədvəl 1. Yemlərdə əvəzolunmaz amin turşularının miqdarı, qr/kq

Amin turşusu

Buğda

Qarğıdalı

Jmıx

Balıq unu

Soya

Günəbaxan

Raps

Xam zülal (protein) %

11,3

8,5

42

36

34,8

65

Lizin

3,2

2,7

24,8

11

19,4

48,1

Metionin+Sistin

4,8

3,7

13,1

10,3

15,8

23,4

Treonin

3,4

3

17,1

10

15,3

26,4

Treptofan

1,5

0,8

6

3,8

4,4

6,6

İzoleysin

4,1

3,2

20

11,7

13,8

25,7

Leysin

7,6

11,9

35

17

24,7

45,4

Fenilalanin

6

4,1

21,5

16,9

14,4

25,1

Arqinin

6

4

32,5

29,4

20,8

36,6

Histidin

3

2,5

11

6,4

9,3

17,8

Valin

5,7

4,2

23

16,1

17,6

30,3

Tərkibi əsasən heyvan orqanizmində sintez olunan amin turşularından ibarət zülallar natamam dəyərli zülallar adlanılır. Tam dəyərli zülallar heyvan mənşəli yemlərin və bitki mənşəli yemlərdən yaşıl yemin, silosun və quru otun tərkibində olur. Heyvan rasionunun tərkibində kifayət qədər tam dəyərli və həzmolunan zülallar olmalıdır. Tam dəyərli zülallara xüsusilə donuz və quşların böyük ehtiyacı vardır. Çünki "əvəzolunmaz amin turşuları"nın sintezi onların orqanizmində məhduddur. Zülal çatışmamazlığı zamanı heyvan orqanizmi inkişafdan qalır, məhsuldarlığı azalır, xəstəliklərə davamlılığı azalır, uzun müddət davam etdikdə isə tələf olur. Sağmal mal-qaranın rasionunda normadan artıq zülalların olması müvəqqəti olaraq südün artmasına səbəb olur. Ancaq heyvanın tələbatından artıq zülal qəbul etməsi maddələr mübadiləsinin intensivləşməsinə, heyvanın tez çıxdaş olunmasına səbəb olur.

Amidlər qeyri zülal olmayan azot birləşmələridir. Tərkibində olan amin turşularının hesabına heyvanların orqanizmində zülalların sintezinin mümkün olduğu üçün böyük əhəmiyyətə malikdir.

1.2.2. Karbohidratlar

Karbohidratlar - yemlərin quru maddəsinin əsas hissəsini təşkil edir. Heyvan orqanizminin demək olar ki, bütün toxumalarının tərkib hissəsi olmaqla istilik tənzimləyicisi funksiyasını da yerinə yetirir. Karbohidratlar süd yağı və heyvan orqanizminin yağ ehtiyatı sintezində əsas xammaldır. Tipik karbohidratlardan nişasta, şəkər və sellüloza bitki mənşəli yemlərin tərkib hissəsidir. Yem rasionunda asan həllolan karbohidratların (nişasta, şəkər) çatışmamazlığı karbohidrat-yağ mübadiləsinin pozulmasına səbəb olur. Heyvan orqanizminə normadan artıq nişasta və şəkərin qəbul olunması həzm prosesini ləngidir.



Şəkil x. Karbohidatlar

Sellülozanı - bitki skelet maddəsi adlandırırlar. Heyvanlar pis həzm etdiyindən sellülozanın rasionda çox olması yemin qidalılığına mənfi təsir göstərir. Eyni zamanda sellüloza heyvanların həzm sistemində kifayət qədər vacib rol oynayır. Normal qaydada sağmal inəklərin rasionunda sellüloza quru maddənin 22%-ni, donuzların rasionunda 7-10%-ni, quşların rasionunda 5-7%-ni təşkil etməlidir. Qaba yemlər sellüloza ilə daha zəngindir. Taxıl bitkilərinin samanında sellüloza quru maddənin 25-40%-ni, müxtəlif ot bitkilərində 20-30%-ni, kökümüyvəli və köküyumru yemlərdə isə 0,2-2%-ni təşkil edir.

1.2.3 Yağlar


Yağlar - heyvan orqanizmindəki yağlar əsasən yağ turşuları və qliserin birləşməsindən ibarətdir. Yağın çatışmamazlığı kənd təsərrüfatı heyvanlarında avitominoza, dəri xəstəliklərinə və törədicilərdə cinsi zəifliyə səbəb olur. Normadan artıq yağ qəbul edilməsi isə həzm prosesini ləngidir, piylənməyə səbəb olur, inkişaf ləngiyir, laktasiya dövründə süd məhsuldarlığı azalır, cinsi aktivlik zəifləyir, ət və süd məhsullarının keyfiyyəti aşağı olur.Yağ daha çox jmıxda, yağlı bitkilərin toxumunda, vələmirdə olur, az miqdarda isə qaba yemlərdə , kökümeyvəli və köküyumru yemlərdə olur.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə