Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi


Zülalsız azotlu birləşmələr (ZAB)



Yüklə 0,78 Mb.
səhifə8/16
tarix13.06.2018
ölçüsü0,78 Mb.
#53513
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

2.5. Zülalsız azotlu birləşmələr (ZAB)


ZAB - həzməgedən kövşəyən heyvanların yem rasionundakı proteinin müəyyən hissəsinin əvəz oluna bilindiyi sintetik azotlu maddələr qrupudur. İBM-nın mədəsinin rubes bölməsində ureaza fermentinin təsiri ilə ZAB ammonyak və CO2 alınmaqla parçalanır. Həzm sistemində ammonyakdan zülal istehsalı üçün lazım olan amin turşuları sintez olunur. ZAB gövşəyən heyvaların rasionunda protein defisiti zamanı istifadə olunur. Belə məqamlarda heyvanların rasionu enerji və mineral-vitamin nisbəti üzrə balanslaşdırılmasına diqqət olunur. Heyvanların yemlənməsində ZAB-dən istifadə olunması üçün rasionun tərkibində orqanizm tərəfindən tez mənimsənilə bilən karbohidratlar (şəkər və nişasta) olması zəruridir. Heyvanlar az dozalarla öyrədilir. ZAB istifadə heyvanların məhsuldarlığını artırır, məhsul vahidinə enerji məsarifini azaldır.

İBM üçün ZAB-ın əsas mənbələri:



Yem əlavəsinin adı

Kimyəvi formulu

Azot tərkibi, %

Protein ekvivalenti

qr/100 qr

Xalis karbomid

(NII2)2CO

46,5

292

Yem karbomidi

həmçinin + yapışqanlığa

qarşı aşqar



42-45

262-281

Biuret

NH2NHCONH2*H20

35

219

Disianodiamid

NH2C(NH)NHCN

67

419

Ammonium karbomid

NH2C02NH4

36

225

Sirkə turşulu ammonium

CH3СONH4,

18

112

Ammonium bikarbonat

NH4HC03

18

112

Ammonium sulfat

(NH4)2S04

21,2

132

Ammonyaklı su

NH4OH

20-25% ammonyak

103-128



2.5.1 Karbamid


Karbomid ağ kristallik toz və ya şəffaf kristallar formasında olur, qoxusuz, acı-duzlu dadı olan, suda və etil spirtində yaxşı həll olan maddədir. Karbomidi karbon dioksid (CO) və ammonyakdan (NH3) alırlar. İstifadə təyinatından asılı olaraq iki markada hazırlanır:

  1. sənaye üçün

  2. k/t üçün

İstifadə müddəti istehsal olunduğu gündən hesablamaqla 6 aydır.

Laktasiya dövründə inəklərin rasionunda həzməgedən proteinin 15-20%-ni karbomidlə əvəz edilir (ancaq bir baş inək üçün 150 qramdan çox olmamaqla) :

  • 6 aylıqda yuxarı cavan İBM üçün 20-25%

  • kökəltmədə olan cöngələr üçün 25-30%

  • yaşlı qoyunlara 30-35%

  • 6 aylıqdan yuxarı XBH isə 20-25%

Boğaz inək və ana qoyunlara boğazlıq dövrünün 2-ci yarısından sonra karbomid verilmir (balanın zəifliyinə səbəb ola bilər).



2.5.2 Ammonium duzları


Ammonium duzlarından:

  • Ammonium bi karbonat tərkibində 17-20% azot olan ağ kristallik toz şəklindədir. Qaynar suda yaxşı həll olur. Heyvandarlıqda qışlama dövründə istifadə olunur, çünki isti havalarda tez parçalanır,

  • Ammonium sulfat tərkibində 21% azot və 26% kükürd olan, suda yaxşı həll olan ağ kristallik maddədir. Silos hazırlanmasında istifadə olunur. Tərkibində 500-600 qram karbomid və 1 kq ammonium sulfat siloslaşdırılan yaşıl kütləyə əlavə edilir (0,75-1% hesabilə).


2.5.3 Karbomidlə zənginləşmiş yemlər


Yemlər karbomidlə aşağıdakı qaydada zənginləşdirilir:

  • üyüdülmüş qüvvəli yemlərin tərkibinə İBM üçün 2,5-3%, XBH üçün isə 3-4% karbomid qatışdırılır,

  • yemləmədən öncə silosa 1% karbomid qatışdırılır (1-2 saat yemləmədən qabaq 1 kq karbomidi 2-3 litr suda həll olunmaqla silosa əlavə edilir)


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin