Tədavül xərclərinə qənaət. Kredit, əldə olan nağd pulu qismən kredit pul vəsaitlərinə: veksel, banknot və çeklərə çevirməklə, həm də pul dövriyyəsinin sürətlənməsi və nağdsız hesablaşmaların inkişafı vasitəsilə tədavül xərclərində müəyyən qədər qənaət əldə olunmasını təmin edir.
Kapitalın təmərküzləşməsinin sürətlənməsi.Fərdi müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsinin, yaxud yeni firmaların yaranmasının əsas amillərindən biri kreditdir. Kapitalın təmərküzləşməsi iqtisadi inkişafda sabitliyin hökm sürməsinin zəruri şərtidir və bütün təsərrüfatçılıq subyektlərinin əsas məqsədidir. Bu prosesin sonunda borc alınmış pul vəsaitləri istehsalın həcmini böyük miqdarda genişləndirməyə və, nəticə etibarilə, əlavə mənfəətin əldə olunmasına real köməklik göstərir.