İnvestisiya əməliyyatları da bankların apardıqları aktiv əməliyyatlara daxildir. İnvestisiya əməliyyatları banklar resurslarının qiymətli kağızların alınmasına yönəldilməsi və ya birgə təsərrüfat fəaliyyətinin yaradılması vasitəsilə bankın investor qismində çıxış etdiyi əməliyyatlardır. Kommersiya bankları veksellərlə apardığı əməliyyatlarda bunlar əməliyyatda birləşdirir: uçot əməliyyatları, kredit, inkassasiya, aksept üzrə əməliyyatlar və s.
Qiymətli kağızlara investisiya qoyulmasının əsas məqsədi bütün aktiv əməliyyatlarda olduğu kimi mənfəət əldə etməkdir. Kommersiya banklarında həyata keçirilən investisiya əməliyyatlarının gəlirliyini aşağıdakı faktorlar təyin edir: iqtisadiyyatdakı ümumi vəziyyət, maliyyə-kredit sistemi və onun vəziyyəti, qiymətli kağızlar bazarında inkişafın səviyyəsi, likvidliyi yüksək olan qiymətli kağızların mövcudluğu, qiymətli kağız portfelinin strukturu. Bankın investisiyalarına təsir göstərən faktor riskləri isə kredit, bazar və faiz risklərindən ibarətdir.
Kommersiya bankları investisiya siyasətini təyin edərkın, onların məqsədlərini müəyyənləşdirən əsas amillər bunlardır: gəlirlilik, likvidlik, gəlirin artması ilə əlaqədar olaraq kommersiya bankının öz likvidlik dərəcəsini güzəştə gedib-getməsi və ya onunla risk etməsi.
Kommersiya banklarının investisiya fəaliyyəti strateji və taktiki idarəetmə məqsədilə, strukturda xüsusi bölmələr yaradır. Bu xüsusi bölmələrin gördükləri işlərə ümumiləşdirərək aşağıdakıları aid etmək olar:
investisiya siyasətinin başlıca məqsədləri;
investisiyaların quruluşunu və tərkibi və s.;
portfelin komponentlərinin korrektə olunması mexanizmi;
potensial mənfəətin hesabatı və s.
Dostları ilə paylaş: |