Digər aktiv əməliyyatlara gəldikdə, qeyd olunmalıdır ki, bu əməliyyatlar bankın aktiv əməliyyatlarının vaxtında və keyfiyyətlə icrasını təmin etməyə yönəldilmiş infrastrukturun yaradılması ilə əlaqəlidir. Bu isə öz növbəsində bankın digər əməliyyatlarının strukturundan asılı olur.
Kommersiya banklarının həyata keçirtdiyi aktiv əməliyyatlarının nəticələri bank balansında aktiv hissəsində qeyd olunur, bu göstəricilərə əsasən bank resurslarının yerləşdirilməsinin xarakteri, onlardan istifadənin faydalılığı yoxlanılır və analiz edilir. Hazırki iqtisadi sistemdə Respublikada hər bir kommersiya bankı öz aktiv əməliyyatlarını həyata keçirməyi elə üsullarını seçməlidirlər ki, bu əməliyyatlar nəticəsində yalnız mənfəət əldə etmək mümkün olsun. Əks halda, nə kommersiya bankları, nə də bütövlükdə bank sistemi öz mövcudluğunu davam etdirə bilməz, iqtisadiyyat isə öz inkişaf tarazlığından yayınar.
Dostları ilə paylaş: |