Kommersiya bankları aktiv əməliyyatlardan müəyyən gəlir əldə etmək üçün özünün və cəlb edilmiş pul vəsaitlərini kredit formasında borc verərək istifadə edir. Bu əməliyyatlar müştərilərə ssuda verilməsilə müəyyən müddətdən sonra həmin pulun faizi ilə birlikdə geri qaytarılması yolu ilə həyata keçirilir. Kommersiya bankları aktiv əməliyyatlar vasitəsilə cəlb etdikləri pul vəsaitlərini kredit almaq istəyənlər arasında yerləşdirərək kreditor qismində çıxış edirlər. Kommersiya bankları aktiv əməliyyatlar olmadan kifayət qədər mənfəət əldə etmək iqtidarında deyillər. Bankların aktiv əməliyyatları aşağıdakı qruplarda göstərilmişdir: