Azərbaycan Respublikası Təhsil Nazirliyi Kommersiya banklarının aktiv əməliyyatlarının təkmilləşdirilməsi istiqamətləri



Yüklə 337,35 Kb.
səhifə18/29
tarix01.01.2022
ölçüsü337,35 Kb.
#104133
1   ...   14   15   16   17   18   19   20   21   ...   29
Əmtəə dövriyyəsi xidməti. Kreditin bu funksiyasının həyata keçirilməsi prosesində nağd pul kütləsi kredit tərəfindən tədavüldən sıxışdırılmaqla, təkcə əmtəə tədavülünün deyil, pul tədavülünün sürətlənməsinə də təsir göstərmiş olur.

Elmi-texniki tərəqqinin sürətləndirilməsi. ETT-nin sürətləndirilməsində kreditin rolu əyani olaraq elmi-texniki təşkilatların fəaliyyətinin maliyyələşdirilməsi prosesi misalında izlənə bilər. Kredit texnologiyaların və elmi araşdırmaların istehsala birbaşa tətbiq olunması üçün innovasiya proseslərinin də həyata keçirilməsi üçün zəruridir. Bu cür xərclər ilk olaraq müəssisələr tərəfindən, o cümlədən, bankın ortamüddətli və uzunmüddətli məqsədli kreditlərinin hesabına maliyyələşdirilir.

Kreditin mahiyyətini daha geniş aça bilmək üçün kreditləşmənin prinsipləri ilə də tanışlıq gərəklidir.



Kreditin təminatlılığı. Təminatlılıq o zaman mövcud olur ki, verilən borclar faktiki maddi qiymətlilər, zəmanət, borc öhdəlikləri və ya qiymətli kağızlarla təminat alsın. Bu təminat bankı baş verə biləcək hər hansı bir təhlükədən sığortalamaq üçündür. Kredit təminatı hər bir bankda müəyyən qiymətlilərin şərtlənşdirilmiş qaydada girov şəklində olmalıdır.

Kreditləşdirmə prosesinin reallaşdırılmasında onun qaytarılması prinsipi ikinci əsas prinsip sayılır. Bu o mənaya gəlir ki, bank tərəfindən verilən kreditlər mütləq geri ödənməlidir. Kreditin geri ödənməsinin şərtləri və ya müddəti bank və debitor arasında bağlanan kredit müqaviləsində əks olunur.

Kreditin bir digər mühüm prinsipi də onun müddətliyidir. Müddətlik kreditin istifadə olunduğu məqsədlərdən və kapitalın dövretməsi prosesindən çıxma vaxtından asılı olur. Bank kredit müqaviləsi hazırlanarkən bu amillər nəzərə alınmalıdır.

Kreditləşmənin prinsiplərinə onun məqsədli xarakter daşıması da aiddir. Kredit məbləği banka əvvəldən məlum olan məqsədlər üçün verilir. Bunun üçün borc almaq üçün müraciət edən təşkilat öz hazırlığını görür və kredit təşkilatında özünə inam yaratmaq məqsədilə və təlimatlarla uyğunluq yaratmaq üçün tələb olunan sənədləri təqdim edir.

Ödənclilik prinsipi kreditin prinsipləri sıralarına daxildir. bu prinsipin mahiyyəti ondan ibarətdir ki, borc alan təşkilat və ya şəxs borcdan istifadə müqabilində haqq ödəməlidir. Bankın faiz stavkası kreditin qiyməti anlayışına uyğun gəlir. Bu isə öz növbəsində bankın gəlirlərinin bir hissəsini təşkil edir. Faiz müəyyənləşdirilərkən kreditin şərtlərindən asılı olaraq müəyyən amillər nəzərə alınır.

Nəhayət kreditləşmənin sonuncu prinsipi diferensial münasibətdir. Yənikredit təşkilatı və ya bank kredit verərkən müştərilərə fərqli yanaşma metodu seçməlidir. Bunun üçün banklar kredit qabiliyyəti göstəricilərindən istifadə edə bilər.



Kreditin formalarını aşağıdakı şəkildə fərqləndirmək olar:

  • Bank krediti. Borc vəsaiti kimi kreditin verilməsinin ən geniş və ən çox yayılmış forması olmaqla iqtisadiyyatda pul vəsaitlərinin bilavasitə borca verilməsi obyekti rolunda çıxış edir. Bank kreditlərinin başlıca xüsusiyyəti budur ki, geri ödənmə əsasında pul vəsaitinin dövriyyəsini reallaşdıran banklar əksərən öz şəxsi kapitalını deyil, cəlb edilmiş resurslarını istifadə edir. Banklar müəyyən subyektlərdən borca götürdüyü pul vəsaitini digər fiziki və ya hüquqi şəxslər arasında yenidən bölüşdürür. Həmçinin banklar sadəcə pul vəsaitlərini deyil, pulun özünü də kapital formasında borc verir. Bank kreditinin faizi daima kommersiya krediti faizindən daha yüksək olur.


  • Yüklə 337,35 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin