Azərbaycan Respublikası Təhsil Nazirliyi Kommersiya təşkilatlarında qısamüddətli aktivlərin uçotu və onun təkmilləşdirilməsi


Nəticə …………………………………………………..........................................56



Yüklə 286,03 Kb.
səhifə2/7
tarix01.01.2022
ölçüsü286,03 Kb.
#104199
1   2   3   4   5   6   7
Nəticə …………………………………………………..........................................56

Ədəbiyyat siyahısı……………………………………………………..................59

Giriş

Mövzunun aktuallığı. Azərbaycanda mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsinin vacibliyi bir sıra xarici, daxili faktorlarla əlaqədardır. Ölkənin dünyada gedən və inkişaf edən iqtisadi inteqrasiyaya qoşulması, xarici investisiyanın güclənməsi, müəssisələrin xarici şirkətlərlə olan əlaqələrinin genişlənməsi uçot, təhlil və hesabatın təkmilləşdirilməsi və beynəlxalq standartlara cavab verməsini şərtləndirən xarici amillərdən hesab olunur. Vahid iqtisadi məkanda və beynəlxalq bazarlarda tərəfdaşlar arasında mövcud olan əlaqə və ünsiyyət vasitəsi olaraq məhz audit, uçot, hesabatın və təhlilin vermis olduğu informasiyadan istifadə olunur. Bu informasiyanın hamı tərəfdən eyni formada başa düşüləcəyi kimi formalaşdırılması dünyada uçot və hesabatın, həmçinin qısamüddətli aktivlər üzrə uçot, hesabat və təhlilin metodiki və nəzəri-metodoloji əsaslarının razılaşdırılması, həmçinin, harmonizasiyasını tələb edir.

Buna görə «Mühasibat uçotu haqqında» qanununun maddələrinin, onlarda əks olunmuş konkret tələblərin həyata keçirilməsi «Kommersiya təşkilatları üçün Mühasibat Uçotu Standartları» nın hazırlanmasını zəruri etmişdir. Qanuna əsasən qısamüddətli olan aktivlərlə birbaşa formada əlaqəli olan bir neçə standartın işlənilməsi nəzərdə tutulmuşdur. Yalnız, qısamüddətli aktivlərin uçotu həmçinin, təhlilinin təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verməsi zəruriliyini sadəcə xarici faktorlarla əlaqələndirmək praktiki və nəzəri cəhətdən düzgün hesab edilmir. Bu sahədə mövcud olan hesabat, uçot və təhlilin sistemi nəzəri, praktiki və metodoloji baxımdan müəyyən qədər çatışmazlıqlara, nöqsanlara malikdir. Bu həmin sistemin formalaşdırmış olduğu informasiyanın keyfiyyətində və tərkibində öz əksini tapır. Başqa cür desək, həmin informasiyanın sayəsində aktivlərin səmərəli idarə olunması, investisiya və maliyyə xarakterli iqtisadi qərarların qəbul edilməsi praktiki cəhətdən mümkün deyil. Bütövlükdə, qısamüddətli aktivlərin uçotu, hesabatının və təhlilinin mövcud halı bazar iqtisadiyyatının müasir inkişafına, xüsusiyyətlərinə tam olaraq uyğun gəlmir, onun inkişaf etməsinə mane yaradır. Beləliklə, qısamüddətli aktivlərin uçotu, hesabatının və təhlilinin mövcud vəziyyətinin geniş formada tədqiq edilməsi, həmçinin, onun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun olması obyektiv zərurətə çevrilir. Bütün bu qeyd edilənlər seçilmiş buraxılış işinin mövzusunun aktuallığını əsaslandırır və elmi-praktiki əhəmiyyətini müəyyənləşdirir. 




Yüklə 286,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin