Azərbaycan Respublikası Təhsil Nazirliyi Kommersiya təşkilatlarında qısamüddətli aktivlərin uçotu və onun təkmilləşdirilməsi



Yüklə 286,03 Kb.
səhifə3/7
tarix01.01.2022
ölçüsü286,03 Kb.
#104199
1   2   3   4   5   6   7
Tədqiqatın predmeti və obyekti. Predmet olaraq qısamüddətli aktivlərin uçotunun, hesabatının ölkədə hal-hazırda tətbiq edilən sistemi və onların kompleks şəkildə təhlili metodikasıdır. Tədqiqatın obyekti olaraq konkret şəkildə qısamüddətli aktivlərin təsnifatının, uçotunun, qiymətləndirilməsinin, təhlilinin və hesabatının normativ sənədlərdə təsbit edilmiş metodları, üsulları və qaydaları götürülmüşdür. 

Tədqiqatın məqsədi və vəzifələri. İşin məqsədi qısamüddətli aktivlərin uçotu, təhlili metodikasının mövcud olan vəziyyətinin geniş şəkildə araşdırılması zamanı onların nəzəri-metodoloji çatışmazlıqlarının aşkar etmək, milli və beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsinə dair əsaslandırılmış tövsiyyə və təkliflər hazırlamaqdandır. Həmin məqsədə uyğun şəkildə aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir: 



- qısamüddətli aktivlərin iqtisadi baxımdan mahiyyətinin, funksiyasının normative sənədlərdə, praktiki və nəzəri yönümlü ədəbiyyatlarda hansı formada açıqlandığını tənqidi formada araşdırmaq; 

-qısamüddətli aktivlərin uçotda, hesabatda təsnifləşdirilməsinin müasir formasını araşdırmaq; 

-qısamüddətli aktivlərin sintetik formada uçotu metodikasını hərtərəfli şəkildə araşdırmaq və bu sahədə mövcud olan çatışmazlıqları, həmçinin, nöqsanları göstərmək; 

-qısamüddətli aktivlərin təsnifat qruplarına əsasən ayrı-ayrı növlərinin uçotda, hesabatda qiymətləndirilməsi metodlarının təhlil edilməsi; 

-qısamüddətli aktivlərin mövcudluğu barədə əhəmiyyətli, həmçinin, keyfiyyətli şəkildə informasiya formalaşdırmaq üçün onların müasir təsnifatını dəqiqləşdirmək;

-qısamüddətli aktivlərin uçotu, təhlili metodikasının təkmilləşdirilməsi əsasında konkret olaraq tövsiyə və təkliflər hazırlamaq; 

-qısamüddətli aktivlərin maliyyə hesabatlarında beynəlxalq standartlara uyğun formada təsnifatı və qiymətləndirilməsinə aid əsaslandırılmış təkliflər irəli sürmək; 

İşin strukturu. Diplom işi girişdən, iki fəsil və hər fəsil üçün alt başlıqlardan, nəticə və ədəbiyyat siyahısından ibarət olmaqla 60 səhifədən ibarətdir. 



I Fəsil. Kommersiya təşkilatlarında qisamüddətli aktivlərin uçotunun nəzəri-metodoloji əsasları


    1. Yüklə 286,03 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin