Mövzular
1. Konstruksiya v
ə modelləĢdirmə haqqında məlumat
Ölkəmizdə tikiĢ sənayesi iĢçiləri qarĢısında qoyulan əsas
məsələlərdən biri əhalinin yüksək keyfiyyətli və müxtəlif çeĢidli çox iĢlənən
mallarla təmin etməkdir. Geyimin konstruksiyası, modelləĢdirilməsi və
hazırlanmasının yüksək bədii və texniki səviyyəsi, çeĢid
müxtəlifliyi, gözəl
və xoĢa gələn materiallar qoyulmuĢ məsələnin həllinin baĢlıca Ģərtidir.
Buna görə də tikiĢ sənayesi mütəxəssislərinin hazırlanmasına böyük diqqət
və qayğı göstərilməlidir.
Bu fəndə geyim haqqında ümumi məlumat verilir. Geyimlərin
konstruksiyasının əsası, texniki modelləĢdirilməsi
və geyimlərin bədii
tərtibatı öyrənilir.
Geyimlərin
konstruksiyası
fənnində
siz
geyimin
çeĢidləri,
konstruksiyasının sistem və metodları, müxtəlif biçimlərdə və siluetlərdə
geyimlərin hesabatı və çertyojunun qurulması, ülgülərin hazırlanması və
texniki çoxaldılması yollarını dərindən öyrənəcəksiniz.
Özlərinin ustalığı, təbii zövqü, hər tərəfli istedadı
ilə seçilən
Azərbaycan qadınları özlərindən sonra bizə geyim yaradılması sahəsində
gözəl ənənələr qoyub getmiĢdir. Bu fənnin köməyi ilə biz bu ənənələri
öyrənəcək və daha da inkisaf etdirməyə çalıĢacaqdır.
TikiĢ məmulatlarının konstruksiyası geyimin
hissələrinin çertyojunun
qurulmasıdır.
Konstruksiyanın nəticəsi çertyojlar, Ģəkillər, hesabatlardır.
Konstruksiya bədii və texniki olmaqla iki yerə ayrılır.
Bədii konstruksiya gələcək məmulatın bədii obrazının axtarıĢı ilə və
əyani təsviri ilə əlaqədardır. Rəssam tərəfindən
həll edilən əsas məsələ
geyimin modelinin yaradılması üzərində iĢləyərək məmulatın formasının,
funksiyasının, təyinatının, istehlakçının zahiri görünüĢünə, ətraf mühitə
uyğunlaĢdırmaqdan ibarətdir. Forma, rəng, materiallar, bəzəklər və modelin
bütün baĢqa əlamətləri özünün estetik mükəmməlliyi ilə insana emosional
məmnunluq gətirməli, baĢqa sözlə ona xoĢ əhval-ruhiyyə bəxĢ etməlidir.
Texniki konstruksiya ilə mühəndislər məĢğul olur və məmulatın
quruluĢu yaradıcı surətdə qabaqcadan müəyyənləĢdirilir. Bu mərhələdə həll
olunan əsas məsələ modelin müstəvi üzərində açılıĢını almaqdan ibarətdir.
Modelin ayrı-ayrı
hissələri düz səthdə, yəni müstəvi üzərində yerləĢdirilir.
Bu düz səthli hissələrə qarsaqlar, kaketkalar,
müxtəlif kəsiklər, tikiĢlər
vasitəsi ilə bədənin forması verilir. Hissələrin sayı, ölçüsü, yerləĢdirilməsi,
məmulatın bu və ya digər sahəsində materialın görünüĢü, hissələrin
görünüĢü, hissələrin birləĢdirilməsi elə olmalıdır ki, məmulatın insan
fiqurasına yaxĢı otursun, orqanizmin həyat fəaliyyəti üçün normal Ģəraiti,
rahatlığı, istismar zamanı etibarlılığı istehsalat üçün faydalılığı təmin etmiĢ
olsun.
Bədii
və texniki konstruksiya vahid, ayrılmaz bir prosesdir və
məmulatın keyfiyyətinin yüksəldilməsi üçün güclü vasitədir.
Konstuksiya
–
geyimlərin
layihələĢdirilməsi
prosesinin
bir
mərhələsidir.