Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər


Müstəqillik dövrünə qədərki mərhələ (1950-1991)



Yüklə 320,68 Kb.
səhifə14/33
tarix01.01.2022
ölçüsü320,68 Kb.
#103756
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
4. Müstəqillik dövrünə qədərki mərhələ (1950-1991). Bu dövr əvvəlki illərdən turizm sektorunun inkişafı ilə fərqlənir. Bir çox turist bazalarının, uşaq düşərgələrinin, yeni istirahət mərkəzlərinin açılması, bir sözlə, turizm sektorunun maddi-texniki bazasının genişlənməsi buna sübutdur. Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı olaraq onun maddi-texniki bazasında yeniliklərin yaranmasına səbəb olurdu. Yeni nəqliyyat xidmətləri formalaşmağa başlanmışdı ki, bu da istirahətin səmərəli və rahat təşkilində vacib rol oynayır. Bunlardan əlavə yay düşərgələrinin təşkili üçün turist çadır düşərgələri, bir çox turist bazaları və ekskursiya büroları yaradılmışdır. Bir çox turistik və istirahət müəssisələrinin də sayı gettikcə artırdı. Bir çox bölgələrimizdə turist mehmanxana və bazalarının açılmasını da qeyd edə bilərik.

XX əsrin ortalarında kurort-sanatoriya mərkəzlərinin sayı çoxalırdı. Pansionatlarda və sanatoriyalarda artıq XX əsrin sonlarına yaxın yerlərin sayı altı mindən daha çox idi. Bu sanatoriyalarda hər il ölkə vəyəndaşları ilə yanaşı müxtəlif ölkələrdəndə gələnlərə, orta hesabla iki yüz əlli mindən çox insana xidmət göstərilirdi.

Ötən dövrlərdə olduğu kimi bu dövrdə də Azərbaycanda turizm sosial səciyyə daşıyırdı.Ölkəmizdə daxili turizmin geniş inkişafına baxmayaraq xarici turizm o qədər də inkişaf etməmiş və Moskvadakı təşkilat tərəfindən idarə olunurdu.

Azərbaycan ərazisindən bir çox xarici turizm marşurutlarının keçməsi bu sektorun inkişafında mühüm rol oynayırdı. XX əsrin sonlarında Qara dəniz sahillərində turizm obyektlərinin sayının artması və sahil ətrafı bölgələrin ekoloji cəhətdən təmiz olması Azərbaycanın sahil bölgələrinə turist axınlarını cəlb edirdi. Ümumilli liderimiz Heydər Əliyevin bu sahənin inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsinə təşəbbüs göstərmiş və onun rəhbərliyi ilə “Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması” barədə qərar qəbul edilmişdir. Daha sonra XX əsrin sonuna qədər Azərbaycanın turizminin inkişaf sxemi tərtib olunmuş və bu qərara əsasən Xəzər sahilində çox sayda turizm mərkəzlərinin tikintisinə başlanmışdır. Bu dövrə nəzər salsaq görərik ki, bu dövrdə turizmin pik səviyyəyə çatması 1987-ci ildə müşahidə olunmuşdur. Həmin ildə respublikamıza xaricdən və sadiq sovet ölkələrindən minlərlə turist axın etmişdir. Həmçinin bu ildə ölkəmizin minlərlə vətəndaşı xarici ölkələrdə və SSRİ ərazisində turistik səfərlərdə olmuşlar.Bu dövrdə Azərbaycan-Ermənistan münaqişəsinin başlanması turizm sektorunun və onun idarə olunmasındakı pozulmalarla müşahidə olundu. Azərbaycan ərazisindəki bir çox beynəlxalq turist maşınları ləğv olundu. Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar olaraq iqtisadi-mədəni əlaqələrin pozulması və keçid dövrünün çətinlikləri turizmin inkişafına çox böyük mənfi təsirlər göstərdi.




Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin