Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər



Yüklə 320,68 Kb.
səhifə20/33
tarix01.01.2022
ölçüsü320,68 Kb.
#103756
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
Şirvan turizm bölgəsi. 122 km Bakı şəhərindən qərbdə yerləşən və ölkənin ən böyük üzümçülük və şərabçılıq mərkəzlərindən olan, məşhur süfrə şərablarınının istehsalına görə beynəlxalq sərgilərdə diplom və medallarla təltif olunmuş Şamaxı şəhəri yerləşir.

Şəhərin tarixi adının mövcudluğu buraya gələn turistlərin diqqətini çəkir. Qədimdə buraya köçən suriyalı ərəblər şəhəri gözəlliyinə və böyüklüyünə görə Dəməşqə oxşadarağ ora ilə müqayisədə Şamaxı adlandırmışlar. Şəhər ətrafı yerləri yaylaq kimi məşhur tanınır. Şamaxı yaylası əsrarəngiz gözəlliyi ilə və çox saylı təbii fəlakətlərdən sonra şəhərin arxeoloji və tarixi memarlıq yerlərinin müəyyən bir qisminin dövrümüzə gəlib çıxması buraya gələn turistlərin diqqətini çəkir. Buranın “Yeddi Günbəz” məqbərəsi, Şirvanşahlar sarayının yerləşdiyi “Girdman qalası”, “Cümə məscidi”, tunc və dəmir dövrünün tarixi izləri qalan “Çuxuryurd” kəndi və s. digər tarixi yerləri maraq doğuran yerlərdəndir.

Şamaxıdan on iki kilometr şimal-şərqdə, min dörd yüz metr dəniz səviyyəsindən yüksəklikdə Pirqulu qəsəbəsində astrofizika rəsədxanası yerləşir. Rəsədxana teleskopunun böyüklüyünə görə Avropada ikincidir. Pirqulu ərazisinin qış fəslində dağlarının zirvələri və bütün yaylaları qar ilə örtüldüyündən burada dax xizək idmanı ilə məşğul olmağa şərait yaranır. Yay fəslində isə ərazinin yaşıllıqlarında gəzintilər və dincəlmələr buraya gələn insanlara xoş gəlir. Rayonun görməli yerlərinə yay və qış vaxtı edilən ekurskursiyalar turizm təşkilatları tərəfindən həyata keçirilir.

Şamaxıdan cənub-qərb istiqamətində turistlər hərəkət etdikdə Ağsu avtokeçidi (hündürlük 850m) ilə yuxarı qalxırlar və burada gözəl təbiət mənzərəsi ilə insanları valeh edən Şirvan düzü yerləşir.

Şamaxı şəhərindən 36 km uzaqlıqda Ağsu şəhəri yerləşir. Şəhərin “Qız qalası”, “Şeyx Dursun məqbərəsi”, “Şeyx Türbəsi” və s. bu kimi tarixi görməli yerləri turistlərin diqqətini çəkməkdədir.

Şimal-qərb istiqamətində səyahətini davam etdirən turistlər, yaşıllıqlara bürünmüş İsmayıllı rayonuna çatırlar. Rayon ildə turistlərin ziyarət etmə göstəricisinə görə digər rayonların əksəriyyətindən öndə gəlir. Ərazisində qədim tarixi abidələr çoxluq təşkil edir. Burada, “Fitdağqalası”, “Girdman qalası”, “Qız qalası” “Cavanşir qalası”diqqətləri daha çox cəlb edir. Rayona gələn turistlərə “Niyal” mehmanxanası və “Talıstan” moteli xidmət göstərir.

Dəniz səviyyəsinnən 1200 m yüksəklikdə yerləşən və dövlət tərəfindən tarixi-mədəniyyət qoruğu adlandırılan Lahıc qəsəbəsi yerləşir. Rayonda turistlərin əksər hissəsinin ziyarət etdiyi bu qəsəbə, misgərlik, dəridən hazırlanan məişət əşyaları və xalçaçılığ ilə məşhurdur. Qəsəbənin əhalisi qədim ənənəlrin davam etdirərək inkişaf etmişlər. Burada tarixi yaşayış evləri və minarəli məscid qorunub saxlanmışdır.


Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin