Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər



Yüklə 320,68 Kb.
səhifə25/33
tarix01.01.2022
ölçüsü320,68 Kb.
#103756
1   ...   21   22   23   24   25   26   27   28   ...   33
Qarabağ turizm bölgəsi. Bölgə gözəl təbiəti və zəngin sərvəti olan, turizmin inkişafı üçün əlverişli şəraitə malik olan ərazilərdən sayılır.

Bakı şəhərindən qərbdə, “Arranın anası”adlandırılan Bərdə şəhəri yerləşir. Rayonda qədim abidələrdən bir neçəsi qorunub saxlanmış və dövrümüzə gəlib çıxmışdır. Onlardan “Qala” məscidi, “Axsadan baba” türbəsi, “İmamzadə” məscidi, səkkizguşəli məqbərəni misal göstərmək olar.

365 km Bakı şəhərindən cənub-qərbdə, ölkənin qədim şəhərlərindən və Qarabağın ən böyük şəhərlərindən biri Ağdam yerləşir. Üç yüz metr yüksəklikdə, bozdağın ətəyində qayanın yarılması ilə yaranmış olan mağara xüsusi diqqət çəkir. Tarixi abidələrdən və yerlərdən “Qutlu Musa oğlu” türbəsi, “Kəngərli” türbəsi, “Pənahəli xan” məqbərəsi, “Xanoğlan” məqbərəsi, “Pənahəli xan” məscidi, “Papravənd” türbəsi,” Papravənd” məscidi və şəhərdən on bir kilometr qərbdə “Şahbulaq”adlanan yerdə qüllə və karvansara turitlərin maraqlarını özünə cəlb edən yerlərdir. Şahbulaqda eyni adla səyahət edənlər üçün turbaza xidmət göstərir.

Göatərilən abidələrin və obiyyektlərin əksəriyyəti Ağdam şəhəri ilə birlikdə 1993-cü ildə ermənilər tərəfindən zəbt olunaraq dağıdılmışdır.

Turizm baxımdan əlverişli şəraitə malik, bölgənin digər şəhərlərindən biri Şuşadır. Dağ-iqlim kurortunun mövcud olduğu rayonda saf dağ havası, “Saxsı” bulaq, “İsa” bualğı, “Turş su” mineral bulağı, “İsti” bulaq, “Yüz bulaq”, “Qırx” bulaq, “Səkinə” bulağı və s. dincəlmənin və kurort-sanatoriya müalicəsinin təşkili üçün əlverişli şərait yaradır.

Rayonun çoxlu tarixi-memarlıq abidələri mövcuddur. Bunlardan “Qarabağ xanlarının imarəti”, “Gövhərağa” məscidi, “İbrahim Xəlil xanın qəsrləri” “Hacıqulular” sarayı, “Şirinsu” şərq hamamı və s. xüsusi diqqət cəlb edir.

Cıdır düzü, daşaltı çayında sıldırımlı qayalardan enən “qırx pilləkəni” və yaxınlığında yerləşən “Beş Daşaltı” mağarasına aid 10 otaqdan ibarət olan “Xəzinə qala” turistlərin maraqlarını çəkir.

Şuşa şəhəri və buradakı tarixi abidələr, sanatoriya-kurort və turist-ekskursiya obyektləri (“Şuşa” sanatoriya-kurort birliyi, “Şəfa” turizm kompleksi, doqquz mərtəbədən ibarət “Qarabağ” mehmanxanası) ermənilərin işğalı altında qalmışdır və əksəriyyəti dağıdılaraq zərər görmüşdür.




Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin