Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər



Yüklə 320,68 Kb.
səhifə26/33
tarix01.01.2022
ölçüsü320,68 Kb.
#103756
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Naxçıvan turizm bölgəsi. Naxçıvanın zəngin təbiəti və tarixi memarlıq abidələri xüsusi maraq döğurur.

Bögədə Naxçıvan Muxtar Respublikasının paytaxtı, Yaxın Şərqin və Qafqazın ən qədim şəhərlərindən biri Naxçıvan yerləşir. Buranın görməli yerləri arasında “Möminə xatun” məqbərəsi xüsusi ilə seçilir. Digər yerlərdən isə orta əsrlər memarlığının yüksək memarlıq və sənətkarlıq nümunəsi olan igirmi beş metr hündürlüyə malik “Gümbəzsiz” məqbərə, “Cümə məscidi”, Y.İ. Küseyrin səkkizguşəli türbəsi, Ə.S.Bahadur xanın tapşırığı ilə tikilmiş 2 minarə, F.Nəiminin məqbərəsi, “Qudi xatun” türbəsi, “Qızlar bulağı” komleksi təbii gözəlliyi ilə buraya səyahət edənlərin diqqətini çəkir.

Naxçıvan Muxtar Respubliasının ikinci böyük şəhəri və turizm baxımdan maraqlı görməli yerlərə malik olan şəhər Ordubaddır. 70-ci illərdə şəhərə qoruq şəhər statusu verilmişdir. İndiyədək qorunub saxlanmış “Dilbər” məscidi, “Eyvaz” məqbərəsi, Ordubad “Qeysəriyyə” örtülü ticarət kompleksi, “Serşəhər” məscidi, “Əlincə qalası” qalıqları buraya səfər edən turistlərin maraqlarını çəkir.

Muxtar Respublikada görməli yerlər çoxluq təşkil edir. Ordubad rayonu Dar kəndi yaxınlığında məqbərə, Culfa rayonunda “Cuqa” məqbərəsi, qədim Gilan şəhərinin xarabalıqları, qala divarları, qüllə, türbə, mədrəsə və məscid Muxtar Respublikanın görməli və marağ doğuran yerləri sayılır.

Bura həmçinin müalicə əhəmiyyətli mineral bulaqlarla zəngindir. Badamlı və Sirab sulardan ən məşhurudu. Muxtar Respublikanın ən görməli və gözəl yerlərindən biri də “Batabat” gölüdür. Gölün sahilində turistlər üçün dincəlmə zonası yaradılmış, uşaq döşərgəsi, turbasa və pansionat yaradılmışdır. Naxçıvan şəhərində fəaliyyət göstərən turist-ekskursiya birliyi insanların Naxçıvan Muxtar Respublikasının təbii və mədəni-tarixi abidələri ilə yaxından tanış olmaları üçün maraqlı səyahətlər və ekskursiyalar təşkil edir.


Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin