Azərbaycan Respublikası Təhsil Nazirliyi Ministry of Education of the Azerbaijan Republic



Yüklə 34,58 Kb.
tarix20.01.2017
ölçüsü34,58 Kb.
#694
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Ministry of Education of the Azerbaijan Republic




Xəzər Universiteti

Khazar University

Magistratura, Doktorantura və Elmi-İşlər Bölməsi

Division of Graduate Studies and Research

2014-2015-ci tədris ili üçün Xəzər Universitetində
KOMPÜTER ELMLƏRİ üzrə
Fəlsəfə doktoru hazırlığı üçün doktoranturaya qəbul

PROQRAMI

(Əyani -ödənişli)

Elmi - İnzibati Şuranın ______________________il _________N-li


qərarı ilə təsdiq edilmişdir.

Kompüter elmləri proqramı- 1203.01

İnformasiya emalının prinsipləri.

İnformasiya və onun təsvir formaları. İnformasiya prosesləri və texnologiyaları. İnformasiyanın emalı vasitələri.


Kompüter texnikasının əsasları.

Kompüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri. Kompüterlərin təsnifatı. Neyman arxitekturası. Fərdi kompüterlər (FK) və onların müasir təsnifatı. FK-nın quruluşu və tərkib hissələri. Kompüterlərin əsas xarakteristikaları. Kompüterdə işlədilən say sistemləri və verilənlərin təsvir formaları. Ədədlərin xüsusi kodlaş­dırılması. Əsas məntiqi funksiyalar.


Alqoritmiləşdirmənin əsasları

Kompüterdə məsələlərin həlli mərhələləri. Alqoritm, onun xassələri və təsvir üsulları. Tipik alqoritmik strukturlar. Tipik hesablama proseslərinin alqoritmləşdirilməsi.


Proqramlaşdırmanın əsasları.

Proqramlaşdırmanın mahiyyəti. Proqramlaşdırma dilləri və üslubları. Proqramın kompüter dilinə çevrilməsi. Proqram vasitələrinin layihələndirilməsi. Proqramlaşdırmanın avtomatlaş­dırılması. CASE texnologiyası.


Obyekt-yönümlü proqramlaşdırma.

Obyekt-yönlü proqramlaşdırma dilləri (C++ və ya Java əsasında). Dilin ilkin elementləri və əsas operatorları. Proqramın quruluşu. Verilənlərin sadə və mürəkkəb strukturları. Obyektlər, siniflər, metodlar. Obyekt-yönlü proqramlaşdırmanın əsas anlayışları: abstraksiya, inkapsulyasiya, varislik, polimorfizm. Faylların təşkili. Fayllarla iş. Tipik hesablama proseslərinin proqramlaşdırılması.


Proqram təminatı.

Proqram təminatı. Proqram təminatınin quruluşu və tərkib hissələri. Sistem proqram təminatı, onun tərkib hissələri. Tətbiqi proqram təminatı.

Əməliyyat sistemləri: DOS, WINDOWS, UNIX, LINUX. Şəbəkə əməliyyat sistemləri.

DOS əməliyyat sisteminin strukturu və funksi­ya­ları. DOS əməliyyat sisteminin əsas anlayışları. DOS əməliyyat sisteminin əsas əmrləri. DOS-un fayl sistemi.

UNIX və LINUX əməliyyat sisteminin xarakteristikası. UNIX və LINUX-un fayl sistemi.

WINDOWS əməliyyat sistemləri. WINDOWS əməliyyat sistemlərinin xarakteristikası və arxitekturası. WINDOWS-un fayl sistemi.

Tətbiqi proqram təminatı :

Mətn redaktorları və prosessorları. Word mətn prosessorunun imkanları, interfeysi, mətnlərlə iş. Elektron cədvəllər. Excel cədvəl prosessoru, onun xüsusiyyətləri, əsas pəncərəsinin strukturu, cədvəllərlə iş. Power Point proqramı, təqdimatların (prezentasiyaların) hazırlanması. Qrafik redaktorlar: rastr redaktorları, vektor redaktorları. Riyazi proqram paketləri, onların imkanları, əsas nümayəndələri. MatLab paketi, onun əsas imkanları və komponentləri.

Xüsusi xidmət proqramları :

Verilənlərin arxivləşdirilməsi və bərpası, diskin təmizlənməsi və diskin defraqmentasiyası. Windows məsələlərinin dispeçeri. Virusların, spamların növləri və iş prinsipləri. Antivirus proqramları.


İnformasiya texnologiyaları və sistemləri (İT və İS).

İnformasiya texnologiyasının məzmunu və növləri. Verilənlərin emalı texnologiyası. İdarəetmənin informasiya texnologiyası. İnformasiya sisteminin funksiyaları, təsnifatı. İS-nin ümumi strukturu. Lokal və şəbəkə İS-in arxitektur növləri. İS-in xidmətləri və tətbiq sahələri.


Verilənlər bazaları(VB).

VB-nin prinsipləri, əsas xarakteristikaları, layihələndirilməsi. Verilənlərin modelləri. Relyasiya modeli, onun əsas xüsusiyyətləri. Funksional asılılıq. Nisbətlərin formallaşdırılması. Normal formalar. Nisbətlər üzərində əməliyyatlar. SQL dili. Paylanmış VB-lər.


Verilənlər bazasınin idarəetmə sistemləri(VBİS).

VBİS-in təyinatı, strukturu, təsnifatı, əsas nümayəndələri. MS Access və MS SQL sistemləri. SQL, Oracle, DB2, DBASE VBİS-ləri.

Verilənlər anbarı. Böyük həcmlı informasiyanın saxlanılması, emalı və istifadə edilməsi.

İnformasiyanın təhlükəsizliyi, onun mahiyyəti, vasitələri, aparat-proqram metodları. VB-nin mühafizə vasitələri.


Kompüter şəbəkələri.

Kompüter şəbəkələrinin təsnifatı, topologiyaları, arxitekturası. Lokal kompüter şəbəkələri (LKŞ), onların strukturu, aparat vasitələri. Qlobal kompüter şəbəkələri. İnternet şəbəkəsi, onun arxitekturası, strukturu, əsas funksiyaları, şəbəkə ünvanları. Domen ünvan­laşdırma. İnternetdə axtarış sistemləri.

Osi model. Beynəlxalq 802.X komitəsi və onun alt komitələri.

Şəbəkə protokolları : TCP/IP, HTTPS, SMTP, FTP, POP və s.

Şəbəkə əməliyyat sistemləri.

Klient Server arxitekturası.

Kompüter şəbəkələrində təhlükəsizliyin təmin edilməsi.
Şəbəkə proqramlaşdırması.

Şəbəkədə proqramlaşdırma. HTML, Java script.

Şəbəkə protokolları. NetBios, IPX/SPX, Windows socket.

Klient Server arxitekturası əsasında proqramlaşdırma.



Kompüter Qrafikası.

Kompüter qrafikasının təyinatı və xüsusiyyətləri. Rastr qrafikası və onun xüsusiyyətləri. Vektor qrafikası və onun xüsusiyyətləri.

Çevirmə alqoritmləri.

Qrafik redaktorların əsas alətləri və imkanları.

CAD-sistemlər (ACAD, PCAD, Archicad, və s.)
Multimedia Sistemləri.

Multimedia anlayışı. Multimedia sistemlərinin təsnifatı.

Audio və video informasiyanın fayllarda saxlanma formatları :

MP3, VOB, FLV, MPEG-1, MPEG-2, MPEG-4 və MPEG-7.


Proqram təminatının layihələndirilməsi.

Proqram təminatının layihələndirilməsinə qoyulan tələblər.

Proqram təminatının layihələndirilməsi mərhələləri.

Proqram təminatının testləşdirilməsi, sınaqdan keçirilməsi və tətbiqi.


Süni İntellekt.

Süni intellekt anlayışı, tarixi və inkişaf mərhələləri.

İntelektual sistemlər, strukturu və layihələndirilməsi.

Biliklər bazasının (BB) layihələndirilməsi.

Biliklərin əldə edilməsi üsulları.

Biliklərin təsvir edilməsi üsulları : Produksiya qaydalar, məntiqi modellər, freymlər, semantik şəbəkələr və s.

İntellektual sistemlərin layihələndirilməsi mərhələləri.

Tətbiqi süni intellekt sistemlərı :

Ekspert sistemlər.

İntellektual agentlər.

Səsin tanınması sistemləri.

Təsvirlərin tanınması sistemləri.

İntellektual robotlar.
Qeyri səlis məntiq və sistemlər.

Qeyri səlis çoxluqlar və onlar üzərində əməllər.

Qeyri səlis ədədlər və onlar üzərində əməllər.

Qeyri səlis münasibət. Qeyri səlis münasibətlərin kompozisiyası.

Max-min kompozisiya. Max-product kompozisiya.

Qeyri səlis çixarış sistemi və strukturu.

Qeyri səlis məntiqin tətbiqi:

Qeyri səlis ekspert sistemlər.

Qeyri səlis idarəetmə sistemləri.

Obrazların qavranılması və klassifikasiya.


Qərarların qəbul edilməsi sistemləri.

Qərarların növləri.

Qərarların qəbul edilmə üsulları və modelləri.

Çoxməqsədli halda qərarların qəbulu. Pareto çoxluğu və onun qurulması.

Qeyri səlis mühitdə qərarların qəbulu.

Qəbul edilmiş qərarların qiymətləndirilməsi.




REFERAT mövzuları


  1. Verilənlər Bazalarınin mühafizə vasitələri.

  2. Kompüter şəbəkələrində təhlükəsizlik problemləri.

  3. Qeyri-səlis mühitdə qərarların qəbul edilməsi.

  4. Biliklərin təsvir edilməsi üsulları.

  5. Təsvirlərin tanınması sistemləri.

  6. İntellektual robotlar.



ƏDƏBİYYAT
1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahim-Zadə T.İ. İnformatika. Dərslik. Bakı, 2010.

2. Kərimov S.Q. İnformasiya sistemləri. Bakı, 2008.

3. Kərimov S.Q., Sərdarov Y.B. Kompüter elminin nəzəri əsasları. Dərslik. Bakı, 2009.

4. İbrahim-Zadə T.İ., Sərdarov Y.B. Kompüter şəbəkələrinin əsasları və proqram təminatı. Dərs vəsaiti. Bakı, 2008.

5. Əliyev R.Ə., Əliyev R.R. Soft Computing. Bakı, 2004.

6. Əliyev R.Ə., Cəfərov S.M., Babayev M.C., Hüseynov B.Q. İntellektual sistemlərin qurulma prinsipləri və layihələndirilməsi Bakı, 2005.

7. Əliyev R.Ə., Cəfərov S.M., Babayev M.C., Zeynalov E.R., Qardaşova L,A, Qeyri müəyyənlik şəraitində qərarların qəbulu və idarəetmə. Dərslik. Bakı, 2003.

8. Seyidov M.İ., Qardaşova L.A., Səlimov V.H. Kompüter riyaziyyatı. Dərslik, Bakı, 2010.

9. Glibert Held. Ethernet Networks, 2006

    10. Andrew S. Tanenbaum, Computer Networks, Fourth Edition. Prentice Hall, 2003.

11. В.Г. Олифер, Н.А. Олифер. Компьютерные сети: Принципы, технологии,

протоколы. 3-е изд. Учебник - СПб.: Питер, 2006.

12. Behrouz A.Forouzan TCP/IP. Protocol Suit. 2000.


  1. Timothy T. Gottleber, Timothy N. Trainor More excellent HTML with an introduction to JavaScript, Irwin/McGraw-Hill, 2000.

  14. Ellen Finkelstein, AutoCAD, 2007.

  15. C++ Program Design, An Introduction to Programming and Object-Oriented Design by

James P. Cohoon and Jack W. Davidson. Tsinghua University Press, 2002,

16. Nigel P. Chapman, Jenny Chapman, Digital Multimedia, John Wiley & Sons, 2000.



17. Ze-Nian Li and Mark S. Drew, Fundamentals of Multimedia, Prentice Hall, 2004.
Yüklə 34,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin