Maddə 1. Yerləşdirmə haqqında müqavilə. Yerləşdirmə haqqında müqaviləyə uyğun olaraq otel sahibi qonağı oteldə yerləşdirməli və əlavə xidmətlərlə təmin etməyi öz öhdəsinə götürməlidir.
Maddə 2. Müqavilənin forması. Müqavilə hər hansı xüsusi formaya malik deyildir. Müqavilə bir tərəfin digər tərəfə təklif etdiyi şərtlərlə ümumi razılaşma əldə olunduğu zaman bağlanmış hesab olunur.
Maddə 3. Müqavilənin müddəti. Müqavilə müəyyən olunmuş müddətə və yaxud qeyri-müəyyən müddətə bağlana bilər.
Maddə 4. Müqavilənin icrası. Otelin sahibi və müştəri müqavilənin şərtlərinə hörmətlə yanaşmağa borcludurlar.
Maddə 5. Müqavilənin yerinə yetirilməməsi. Müqavilənin tam və ya qismən yerinə yetirilmədiyi halda təqsirli tərəf digər tərəfin çəkdiyi bütün itkilərin əvəzini tam ödəməlidir.
Maddə 6. Müqavilənin qurtarması. Milli qanunvericiliyin və ya dövlət ticarət təcrübəsinin müqavilə şərtlərini başqa cür şərh etdiyi hallar istisna olmaqla, tərəflərin qarşılıqlı razılığı olmadan heç bir müqavilə tam icra olunmadan qurtarmış hesab edilə bilməz.