Azərbaycan Respublikası Təhsil Nazirliyi Otel biznesində idarəetmə uçotunun təşkili və onun təkmilləşdirilməsi



Yüklə 447,97 Kb.
səhifə13/41
tarix10.01.2022
ölçüsü447,97 Kb.
#109963
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
Maddə 7. Ödəniş. Otel müəssisəsi tam və ya qismən ilkin ödəniş tələb edə bilər. Otel müştəridən avans şəklində müəyyən pul məbləğini aldığı halda bu məbləğ təklif olunacaq yerləşdirmə və əlavə xidmətlər göstərilməsi üçün ilkin ödəmə kimi nəzərdə tutulmalıdır. İlkin ödənişin qaytarılmaz olduğu barədə tərəflər arasında qabaqcadan danışılmadığı halda ilkin ödənilən məbləğ ödənişə tələb olunan məbləğdən artıq olduqda otel müəssisəsi bu məbləğlər arasında olan fərqi müştəriyə qaytarmalıdır.

Maddə 8. Müqavilənin pozulması. Müqavilə üzrə yerinə yetirilən vəzifələrin ciddi və ya təkrar olunan pozulmaları zərərçəkən tərəfin müqaviləni qabaqcadan bildiriş etmədən dərhal dayandırmasına hüquq verir.

İkinci hissəsə həm qonağın, həm də otel sahibinin hüquq və vəzifələri öz əksini tapmışdır. Bu hissə altı maddədən ibarətdir:



Maddə 1. Otel sahibinin məsuliyyəti. Otel sahibinin hüquqi məsuliyyəti dövlət qanunvericiliyi ilə müəyyən olunur. Dövlət qanunvericiliyində müvafiq əsasnamələrin və ya nizamnamələrin olmadığı halda Avropa Konvensiyasının 17 dekabr 1962-ci ildə qəbul edilmiş əsasnaməsi tətbiq olunmalıdır.


Yüklə 447,97 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin