Diqqətəlayiq xidmət xoş, mehriban və nəzakətli olmalıdır- İsti, səmimi qarşılama qonaqları əmin edir ki, onlar rahatlaya və yeməkdən zövq ala bilərlər. Eyni zamanda, səmimi yolasalma qonaqları razı salır və onları yenidən otelə qayıtmağa şövq edir.
Xidmət asan anlaşıla bilən olmalıdır- Qonaqlar tez-tez menyu haqqında məlumat tələb edirlər. Menyu haqqında məlumatlı olan xidmətçilər lazım olan köməyi təmin edə və sifarişləri qonaqlara səmərəli şəkildə çatdıra bilirlər. Xidmət səmərəli olmalıdır- Səmərəlilik həm xidmət heyətinə, həm də aydın səbəblərə görə restoran üçün vacibdir. Daha az cəhdlə daha çox iş görülə bilər və bu öz növbəsində daha çox qazanc gətirər.