Servis mədəniyyəti- şirkət xidmət mədəniyyətini daxilə və xaricə yaymalı və xidmət mədəniyyətinin formalaşmasına nəzarət etməlidir.
Nəzakətlilik- bütün işçilər bu xüsusiyyətə sahib olmalıdır, xüsusilə də qonaqla birbaşa təmasda olan işçilər buna daha çox önəm verməlidirlər.
Standartlaşma- proseslər və icraetmə qonaqların gözləntilərinə uyğun şəkildə baş verməlidir.
Ekspertiza- xidmət personalı səriştəli olmalıdır, bu onların peşəkar bilik səviyyəsinə və qonaqlara qarşı olan münasibətlərinə bərabər şəkildə tətbiq edilir.
Şikayətlər- onlar təkmilləşdirmənin başlanğıc nöqtəsi sayılır və ona görə də aydın şəkildə başa düşülməlidir.
Otel xidmətlərinin keyfiyyətinin artırılması naminə istənilən proqram özündə aşağıdakıları ehtiva etməlidir: