Professional otel işçiləri üçün təlim. İşçilərin davamlı inkişafı və əlavə ixtisaslaşmış təhsil ehtiyacları qonaqların motivləri və vərdişlərinin dəyişməsi, texnoloji inkişafdakı dəyişikliklər ilə təşviq edilir.
Oteldə komanda işinin inkişafı. Komanda dedikdə ümumi məqsədlərə malik olub onlara birlikdə nail olmaq istəyən kiçik bir qrup nəzərdə tutulur. Komanda ruhunun və komanda işinin inkişafı otel xidmətlərinin keyfiyyətinin inkişafı və otel biznesində olan müsbət abu-havadan asılıdır.
Müasir otel sənayesində otel xidmətlərinin keyfiyyəti bir sıra amillərdən asılıdır, amma ən mühüm amil motivasiya olunmuş insan resursları amilidir. Yetərincə peşəkar olmayan və qeyri-məmnun otel işçiləri otel xidmətlərinin keyfiyyətinə, rəqabət qabiliyyətinə, otelin uğuruna neqativ təsir göstərə bilər. Otel müəssisəsi insan resurslarının təhsilinə və motivasiyasına investisiya qoyulma missiyası ilə idarə olunmalıdır.
Otellərdə xidmətlərin göstərilməsi müəyyən bir sənədləşməyə əsasən həyata keçirilir. Sənədləşmənin mahiyyəti ondan ibarətdir ki, qonaqlar oteldə qaldığı müddətdə onların müəyyən müddət ərzində istifadə etdiyi xidmətlərin qeydiyyatı aparılsın. Bu isə otelin hər bir müştəriyə görə gəlir və xərclərinin uçotunun vaxtı-vaxtında aparılmasına və heç bir pozuntuların aşkarlanmamasına yardımçı olur. Otellərdə müxtəlif sənədləşmə formaları vardır və bunlar müxtəlif otel müəssisələrinə əsasən fərqlənir. Onlara qonaq qeydiyyatı kartı, qonağın məktub vərəqəsi, qonağa təqdim olunan hesab-faktura və s. aiddir.
Dostları ilə paylaş: |