Azərbaycan Respublikası Təhsil Nazirliyi Otel biznesində idarəetmə uçotunun təşkili və onun təkmilləşdirilməsi


Məqsədlərə və planlara nəzarət və onları yenidən təyin etmək



Yüklə 447,97 Kb.
səhifə5/41
tarix10.01.2022
ölçüsü447,97 Kb.
#109963
1   2   3   4   5   6   7   8   9   ...   41
Məqsədlərə və planlara nəzarət və onları yenidən təyin etmək. Planlaşdırılan və faktiki nəticələrin nəzərdən keçirilməsinə əsasən rəhbərlik təşkilatın ümumi məqsədlərini yenidən müəyyənləşdirmək və yeni məqsədlərə nail olmaq üçün planları yenidən müəyyənləşdirməyi qərara ala bilər.
1.2. Otel biznesində xidmətlərin göstərilməsini tənzimləyən normativ-hüquqi sə­nədlər

Müasir dövrümüzdə otel biznesi və otel xidmətlərinin göstərilməsi daha da inkişaf etmişdir. Bu inkişaf səviyyəsinin həcmi artdıqca otellərdə mövcud ola biləcək yeni problemlər meydana gəlmişdir. Otellərdə olan bu problemləri həll etmək və profilaktik tədbirlərin görülməsi məqsədi ilə xüsusi normativlər və tənzimləyici standartlar yaradılmışdır. Bu standartlara nümunə olaraq Avropa ölkələrində yerləşən otellərə aid Avropanın Ticarət, Kommersiya və Sənaye üzrə İqtisadi Şurasının standartını xüsusi vurğulaya bilərik. Standartın həyata keçirilməsinin bir neçə məqsədi vardır. Birinci məqsədə bütün otellərin və otel tipli yaşayış məskənlərinin Avropa Birliyi standatlarına uyğun olaraq idarə olunma keyfiyyətini, biznesin idarə edilməsini, istifadəçilərin təcrübəsini stimullaşdırmaq aiddir. Digər məqsədlərə gəldikdə isə bunlara otellərə öz müştəriləri üçün otaqlara yerləşdirilməni və müştəri məmnuniyyətini təmin edən təşkilat kimi etibarı təşviq etmək; bütün otellər üçün paylaşılan etik və peşəkar əsasları gücləndirmək; qida hazırlığının yaradılması və həyata keçirilməsi və ictimaiyyətə xidmətlərin göstərilməsi ilə bağlı bütün milli qanunvericilik tələblərinin nəzərə alınması və onlara hörmət edilməsi təmin edilmişdir. Bu tələblər xüsusilə sağlamlıq məsələləri üçün qanun, fərman və dekretlər ilə bağlı olur və əgər otellər HACCP , İSO 22000 və ya FSSC 22000 qida təhlükəsizliyi sisteminə uyğun olmasa və yaradıldığı dövrdən gigiyena ilə bağlı milli qanun və qaydalara uyğun olmasa heç bir otel Avropa Birliyi Standartı tərəfindən təsdiq oluna bilməz.

Otellər üçün ATKSİŞ standartlarının yaradılması otellərə, motellərə, otellərin kirayəyə verilməsi və yerləşmə xidmətlərinə şamil olunur.

Avropa İttifaqının ATKSİŞ standartlarının sertifikatlaşdırma sxemində iştirakının üstünlükləri:



Performans - Performansı qiymətləndirmək, nailiyyətləri mükəmməlləşdirmək və idarəçiliyin təkmilləşdirilməsi üçün nüfuzlu bir kriteriyə kimi xidmət edən keyfiyyət standartı yaradır.


Yüklə 447,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin